Mojo.az Banner
22:59 Azərbaycanda uşaqların tərbiyəsi ilə bağlı PROBLEM: Psixoloq çıxış yolunu göstərdi - VİDEO  |     22:52 Pilot və stüardessalarla bağlı yeni araşdırma  |     22:45 Qubada ayı təhlükəsi: Sakinlər qorxu içində qalıblar - VİDEO  |     22:38 Gecə yemək yeyənlər diqqət: Bu vərdiş çəki artımına səbəb ola bilər  |     22:30 Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edildi  |     22:22 “ChatGPT” ilə bağlı yeni qərar: Reklam dövrü başlayır  |     22:15 Gəncədə 28 yaşlı kişi bıçaqlandı  |     22:07 Avqustun sonu bu bürclərin üzü güləcək  |     21:59 Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO  |     21:51 ARAŞDIRMA: İnternetin üçdə biri artıq süni intellektlə yazılır  |     21:51 Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO  |     21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |    
Left Banner
Right Banner

Baş Prokurorluqdan Sumqayıtda azyaşlının ölümündə təqsirləndirilən məşqçi ilə bağlı MÜRACİƏT

10.05.2024 13:53 906
Baş Prokurorluqdan Sumqayıtda azyaşlının ölümündə təqsirləndirilən məşqçi ilə bağlı MÜRACİƏT
“Təəssüflə bildiririk ki, bəzi media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq Mehman Xəlilovun Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirləndirildiyi cinayət işi üzrə istintaq və məhkəmə baxışının, o cümlədən cinayət prosesi tərəflərinin (təqsirləndirilən və zərərçəkmiş şəxs) şəxsi və ya ailə sirlərini açıqlayan məlumatlar yayılıb”.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

“Belə ki, Mehman Xəlilov qeyd olunan cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qapalı keçirilən məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən 19 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və hazırda işə müdafiə tərəfinin hökmdən verdiyi şikayət əsasında Sumqayıt Apellyasiya Məhkəməsində baxılır.

Bildirilir ki, məlumatın yayılmaması barədə xəbərdarlıq edilmiş şahid, zərərçəkmiş şəxs, mülki iddiaçı və mülki cavabdeh, onların nümayəndələri, mütəxəssislər, ekspertlər, tərcüməçilər, hal şahidləri, müdafiəçilər və digər şəxslər müvafiq razılıq olmadan bu tələbi pozduqda məsuliyyət daşıyırlar.

Bununla yanaşı, media subyektləri və sosial şəbəkə istifadəçilərinin nəzərinə çatdırılır ki, təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin icazəsi olmadan ibtidai araşdırma ilə bağlı, eləcə də, ailə və şəxsi həyata dair sirr olan məlumatların, həmçinin, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə informasiyaların yayılmasına yol verilməməlidir.

Odur ki, qanunvericiliyin qeyd olunan tələblərinə media subyektləri və sosial şəbəkə istifadəçiləri tərəfindən əməl olunmasını xahiş edirik”, - deyə Baş Prokurorluqdan bildirilib.

Qeyd edək ki, 2023-cü il aprelin 29-u 2016-cı il təvəllüdlü Fərid Bakarovun Sumqayıt Şəhər Uşaq Xəstəxanasında ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində sambo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.скачать dle 11.3
Mojo.az Banner