Mojo.az Banner
15:42 Vətəndaşların milyonlarını mənimsəyən şirkət rəhbərinə HÖKM OXUNDU  |     15:39 Deputat “iPhone 18” alanlardan DANIŞDI: Telefon üçün gecəni küçədə keçirdilər  |     15:20 Kompensasiya davası edən Kamran Seyidov 50 yaşlı qadını tamah üstündə ÖLDÜRÜBMÜŞ  |     13:25 Paytaxtda iki marşrutun HƏRƏKƏT SXEMİ DƏYİŞDİRİLDİ  |     13:23 Təhsil sistemindəki bu problem 5 ilə aradan qalxacaq – Valideynlərə şad xəbər  |     13:20 Ovuc içi məlumatları oğurlana bilər? — GİZLİ RİSK  |     13:18 Azərbaycanda ətin qiyməti ucuzlaşacaq? - Nazir açıqladı  |     12:59 ŞAD XƏBƏR: bu tarixdə maaş və pensiyalar ARTACAQ  |     12:50 Yay bitdi, maşın bazarı canlandı: Qiymətlər isə...  |     12:31 Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti AZALDILDI  |     12:29 Azərbaycanda altı qanun LƏĞV EDİLƏCƏK - SİYAHI  |     12:16 Bank kartlarına məhdudiyyətin əsl səbəbi nədir? — SƏRT AÇIQLAMA  |     21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |    
Mojo.az Avto
Mojo.az Avto

Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR

03.04.2024 14:51 2 934
Ramin Bayramlı pandemiyada 70 milyon manat qazanıb? - YENİ FAKTLAR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sabiq sədri Ramin Bayramlının “SPEKTR MED” şirkəti ondan alınıb. Şirkət əvvəlcə fiziki şəxsin adına rəsmiləşdirilsə də, daha sonra “Avromed” şirkətinə verilib.

Bakupost.az-a TƏBİB sədri olduğu dövrdə Ramil Bayramlının “Spektr Med” şirkəti vasitəsilə həyata keçirdiyi əməliyyatlarla bağlı yeni məlumatlar daxil olub.

Belə ki, R.Bayramlı pandemiya dövründə vəzifəsindən sui-istifadə edərək, dövlət satınalmalarını “Spektr Med” şirkəti vasitəsilə həyata keçirib. O, TƏBİB sədri kimi laboratoriya cihazları və reaktiv-reagent istehsal edən məşhur şirkətlərin xarici nümayəndələri ilə şəxsən görüşərək “Spektr Med”i tərəfdaş kimi tanımalarını tələb edib. Ramin Bayramlı bunun qarşılığında həmin şirkətlərlə laboratoriya cihazları və digər tibbi avadanlıqların alqı-satqısı ilə bağlı iribüdcəli müqavilələr bağlanacağını vəd edib.

Beləliklə, pandemiya dövründə Azərbaycanda dəyəri milyonlarla dollarla ölçülən avadanlıqların alınması faktiki olaraq, Ramin Bayramlıya məxsus olan “Spektr Med” vasitəsilə həyata keçirilib.

Əldə etdiyimiz məlumata görə, həmin illərdə 650 bahalı tibbi cihaz və digər avadanlıqlar alınıb. Bu alqı-satqı əməliyyatları nəticəsində qısa müddət ərzində “Spektr Med”in büdcəsi 70 milyon manata yüksəlib.

Qeyd edək ki, R.Bayramlının TƏBİB rəhbərliyindən uzaqlaşdırılmasında bu məsələnin də ciddi rol oynadığı vurğulanır.

R.Bayramlı 2021-ci il sentyabrında 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub.скачать dle 11.3
Mojo.az Banner