Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:08 "Sədərək" və "Binə" ticarət mərkəzləri bağlanır? | 21:02 Əfqanıstanda məktəbdə partlayış: 7 şagird öldü, 97 nəfər yaralandı | 20:59 Dekabrın sonu bu bürclərə düşərli olacaq | 20:40 Siyəzəndə üç azyaşlı kanala düşdü, ikisi xilas edildi | 20:31 Pensiyaların gözlənilən artım faizi açıqlandı – Minimum əməkhaqqı da yüksələcəkmi? | 20:25 DİN əməliyyat keçirdi: saxlanılanlar var | 20:24 Bakıda qəzalı bina təhlükə saçır: "Uşaqları bayıra çıxara bilmirik" | 19:47 Atası başına qazan çırpdı, oğul atasını döydü - Həbs edildi | 19:36 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? | 19:34 Bakıda toyda telefonları oğurlayan şəxs saxlanıldı | 19:28 Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq | 19:08 Azərbaycanda yaşlı insanların nikaha marağının artmasının səbəbləri | 18:52 Azərbaycanda şair vəfat etdi | 18:44 Gəncədə avtomobillər bir-birinə çırpıldı - Yaralılar var | 18:31 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı | 18:09 Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar | 17:57 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? | 17:36 Tovuzda torpaq sürüşməsi olub | 17:35 Evindən qızılları yoxa çıxan ailə polisə şikayət etdi, oğul saxlanıldı | 16:54 Vilyam Hacıyevin azadlıqda ilk fotosu |
Mojo.az Avto
Mojo.az Avto

Rüsvayedici məlumatlar yayacağı ilə hədələdi, minlərlə manat pulunu aldı - FOTO

15.03.2024 12:18 1 326
Rüsvayedici məlumatlar yayacağı ilə hədələdi, minlərlə manat pulunu aldı - FOTO
Biləsuvarda hədə-qorxu ilə 10 min manat pul tələb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Biləsuvar rayon sakini olan bir nəfər polisə müraciət edərək rayonun Ovçubərə kənd sakini İsmayıl İsmayılovun hədə-qorxu yolu ilə ondan pul tələb etdiyini bildirib.

Araşdırmalarla İ.İsmayılovun həmin şəxsdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə 10 min manat tələb etdiyi, nəticədə onlayn və nağd şəkildə olmaqla ümumilikdə 3000 manat pulunu ələ keçirdiyi müəyyən edilib. İ.İsmayılovun üzərindən zərərçəkmiş şəxsdən əldə etdiyi pul vəsaiti aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxsin digər analoji cinayətlər törətdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.


Son xəbərlər