Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

İş otağında əxlaqsızlıq edən məmur bəraət aldı

13.03.2024 15:27 1 419
İş otağında əxlaqsızlıq edən məmur bəraət aldı
Bu günlərdə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayonlardan birindəki şöbəsinin rəisi vəzifəsində çalışmış məmur barəsində açılan cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 69 yaşlı rəis Murad Ağayev (şərti) Cinayət Məcəlləsinin 151-ci (Seksual xarakterli hərəkətlərə məcburetmə) maddəsi ilə ittiham edilib.

İttihamda qeyd edilib ki, M.Ağayev ona müraciət etmiş və xəsarətləri ilə bağlı ekspertiza rəyinin verilməsini istəmiş gənc qadına verəcəyi sənədin müqabilində ona əxlaqsız təklif edib. O, həmin qadını bir neçə dəfə işlədiyi xəstəxanadakı kabinetdə məcburi şəkildə intim münasibətə vadar edib. Qadının şöbə rəisi ilə kabinetdə çəkdiyi görüntülər yayıldıqdan sonra isə məsələ böyüyüb. Həmin qadın M.Ağayev barəsində şikayət edib və cinayət işi başlanılıb. Eyni zamanda, məhkəmənin qərarı ilə M.Ağayev vəzifəsindən kənarlaşdırılıb.

Məhkəmədə M.Ağayev onun yanına gələn qadının əvvəlcədən müəyyən şəxslər tərəfindən öyrədildiyini, görüntülərinin qəsdən yayıldığını iddia edib. O əlavə edib ki, tanımadığı şəxs görüntüləri ona yollayaraq 15 min manat tələb edib, həmçinin digər qanunazid əməllərlə üzləşib. Təqsirləndirilən şəxs etiraf edib ki, rəhbərlik etdiyi şöbənin arxiv otağında zərərçəkmiş şəxslə ümumilikdə 4 dəfə cinsi əlaqədə olub və hər hansı məcburetmə olmayıb.

Sonrakı proseslərdə isə zərərçəkmiş şəxs qismində tanınan qadın isə artıq M.Ağayevdən şikayətçi olmadığını və onunla könüllü olaraq birlikdə olduğunu deyib.

Rayon məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə M.Ağayevə bəraət verilib və onun üzərində olan polisin nəzarəti altında olma qətimkan tədbiri götürülüb.

Son xəbərlər