Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Rüşvətalmada ittiham olunan icra hakimiyyətinin vəzifəli şəxsi hakim qarşısına çıxarılır

11.03.2024 13:22 1 032
Rüşvətalmada ittiham olunan icra hakimiyyətinin vəzifəli şəxsi hakim qarşısına çıxarılır
Abşeron Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişlinin külli miqdarda rüşvət alması faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Baş Prokurorluq Mətbuat Xidməti məlumat yayıb.

İbtidai istintaqla Mirqasım Mirişlinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikinti işlərinin aparılması və icra hakimiyyəti orqanı tərəfindən tikintinin davam etdirilməsinə şərait yaradılması müqabilində ona müraciət etmiş vətəndaşdan külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Mirqasım Mirişliyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.3-cü (külli miqdarda rüşvətalma) maddələri ilə yekun ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxu.az-ın əldə etdiyi məlumata görə, sözügedən qanun pozuntuları ilə bağlı M.Mirişlinin ötən ilin noyabr ayından Abşeron Rayon İcra Hakimiyyətindəki səlahiyyətləri dondurulub, istintaqın yekun nəticəsindən asılı olaraq onun barəsində tutduğu vəzifədən azad olunma və ya digər tədbirlər görüləcəkdir.скачать dle 11.3
Mojo.az Banner