Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

“MTN işi”nin əsas fiqurlarından birinin ailəsinin şikayəti qəbul edilmədi

06.03.2024 12:54 1 815
“MTN işi”nin əsas fiqurlarından birinin ailəsinin şikayəti qəbul edilmədi
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.

“Qafqazinfo”nun məlumatına görə, onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət ediblər.

Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar. Onlar hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.

Hakimlər eyni gündə A.Şıxəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olublar. Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb.

E.Şıxəliyevin şikayətinə isə bu gün baxılacaq.

Qeyd edək ki, Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner