Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Rüşvətdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi yenidən araşdırılacaq

05.03.2024 12:47 2 400
Rüşvətdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi yenidən araşdırılacaq
Ali Məhkəmədə Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə şərti cəza verilib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş ev dustaqlığı və polisin nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilib.

Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyir.

Qeyd edək ki, Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürov və liseyin baş mühasibi Elman Əhmədov ötən il Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.

Aparılan istintaqla Bərdə Peşə Liseyinin direktoru Şəmil Şükürovun həmin liseyin baş mühasibi Elman Əhmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə liseyə 2019-2020 və 2020-2021-ci tədris illərində ödənişsiz əsaslarla qəbul olunmuş 50 nəfərədək şagirdin faktiki olaraq tədris prosesində iştirak etməməsinə şərait yaratmaqla, habelə onların adlarının şagirdlər siyahısında saxlanılması və liseydən xaric olunmamaları müqabilində həmin şagirdlərdən plastik təqaüd kartlarını götürüb ümumilikdə 19 700 manat pulu nağdlaşdırdıqdan sonra Elman Əhmədovla aralarında bölərək rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib. Şəmil Şükürov və Elman Əhmədova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib, Şəmil Şükürov barəsində məhkəmənin qərarı ilə həbs, Elman Əhmədov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner