Mojo.az Banner
20:14 İlk qatlanan "iPhone" Azərbaycanda neçəyə satılacaq? - Video  |     20:09 Qapınıza bu sənəd asılıbsa, diqqətli olun! – Xəbərdarlıq  |     20:02 Oktyabrda neçə gün iş olmayacaq? - TƏQVİM  |     19:57 "Ana uşağını atdı" demək kifayət deyil - Psixoloq hadisənin görünməyən tərəflərindən danışdı  |     19:50 Azərbaycan balı Avropa bazarına çıxır  |     19:44 Naxçıvanda dabaq xəstəliyindən azad zona yaradılacaq  |     19:39 Gizli səs yazısı məhkəmədə sübut sayıla bilərmi? - Məhkəmə açıqladı  |     19:32 Azərbaycanda minimum əməkhaqqı bu qədər arta bilər  |     19:24 Azərbaycanda bu məhsullar bahalaşdı  |     19:16 Hotel işçilərinin hirsini bayraqdan çıxdı - Polis həbs etdi  |     19:11 Şəkidəki “zipline”də ötən ay da ciddi texniki problemlər olub - VİDEO  |     19:04 Sabah hava yağmursuz keçəcək  |     18:59 Abşeronda zəhərli ilanlar evlərə dolub - VİDEO  |     18:52 Xaricdən mal gətirənlərin nəzərinə - Yeni qayda tətbiq olunacaq  |     18:47 Bir ovucla başlayır, paketlə bitir: "Semiçka" niyə bu qədər cəlbedicidir?  |     18:39 Evdəki qatıq 1-2 günə turşuyur, market qatığı isə yox – SƏBƏB  |     18:33 Velosipedçilərə xəbərdarlıq: Avtobus zolağına girsəniz...  |     18:25 Bu bürclər işdə uğur qazanacaq - Maaşları artacaq  |     18:18 Sentyabrın 6-da keçirilən buraxılış imtahanının nəticələri elan olundu  |     18:04 İmişlidə toyuna hazırlaşırdılar - Valideynləri polisə çağırıldı  |    
Left Banner
Right Banner

Əhaliyə şad xəbər - Bu dərmanları pulsuz ala bilərsiniz - RƏSMİ

04.03.2024 19:28 1 794
Əhaliyə şad xəbər - Bu dərmanları pulsuz ala bilərsiniz - RƏSMİ
Dövlət büdcəsi hesabına verilən dərmanların real ehtiyaclara uyğun genişləndirilməsi tövsiyə olunur.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman hepatit, şəkərli diabet, hemofiliya, talassemiya və bu kimi başqa xəstəliklərdən əziyyət çəkən, xüsusilə aztəminatlı ailələrdən və əhalinin həssas qruplarından olan vətəndaşlarımızın mövcud durumu nəzərə alınaraq, dövlət büdcəsi hesabına verilən dərmanların və digər vasitələrin daha keyfiyyətliləri ilə əvəz edilməsi və siyahısının real ehtiyaclara uyğun genişləndirilməsi tövsiyə edib.

Azərbaycanda bir sıra kateqoriyalı xəstəliklərin daşıyıcısı olan vətəndaşlar ödənişsiz dərman preparatları ilə təmin olunurlar. Bəs bu dərmanlar hansılardır? Kimlər dövlət hesabına pulsuz dərmanları ala bilər?

Bu suallara cavab tapmaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda stasionar müalicə və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxildir: "Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır.
Həmçinin Xidmətlər Zərfinə yeni əlavə edilən orqan transplantasiyası əməliyyatı zamanı dərman təchizatı da Xidmətlər Zərfi ilə təminata alınıb. Məlumat üçün qeyd edık ki, ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.

Qeyd edək ki, gələcəkdə müəyyən xəstəliklərin müalicəsi üçün ambulator müalicədə resept əsasında yazılan ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərman vasitələrinin mərhələli şəkildə təminata alınması üçün layihə aidiyyəti qurumlara təqdim edilib. Bu məsələ təsdiqini tapdıqda ictimaiyyətə ətraflı məlumat veriləcək".

Xatırladaq ki, hemofiliya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skleroz, vərəm xəstəlikləri üzrə dövlət və tədbirlər proqramları çərçivəsində TƏBİB-dən daxil olan siyahıya əsasən dərman və tibbi sərflərin satınalınması həyata keçirilir. Dərman vasitələri müvafiq dövlət tibb müəssisələrinə paylanılır və qeyd olunan xəstəliklərdən əziyyət çəkən vətəndaşlar müvafiq dövlət tibb müəssisələrinə müraciət edərək dərman və tibbi sərfləri əldə edirlər.скачать dle 11.3
Mojo.az Banner