Mojo.az Banner
13:48 “General-leytenant” rütbəsi verilən digər zabitlər kimlərdir? (FOTO)  |     13:28 Telefon nömrəsini dəyişmək istəyənlərə XƏBƏRDARLIQ  |     13:20 Bakıda 27 yaşlı kişi stadionda öldü  |     12:25 Bakı-Quba yolunun kənarında OBYEKT YANIB  |     12:20 Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?  |     12:03 Sabirabadda yanğın törədən şəxs saxlanıldı  |     11:55 Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq  |     11:52 "Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum" - meşədəki qətlin TƏFƏRRÜATI  |     11:52 Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək  |     11:47 Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI  |     11:46 Bakının Kənar Dairəvi yolunda yük maşını aşdı, tıxac yarandı  |     11:45 Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü  |     11:43 Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir  |     11:41 Üç aydan çox istifadə edirsinizsə, DİQQƏT: Diş fırçasında nələr toplanır?  |     11:39 Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı  |     11:34 General-mayor Abbasəli Novruzov dəfn edildi - FOTO  |     11:14 Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     11:08 Bu ərazilərdə işıq olmayacaq  |     11:01 Salyanda 16 yaşlı qızın toyunun qarşısı alındı  |     23:01 Beyləqanda kanalda bir nəfər batıb  |    
Left Banner
Right Banner

Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq

28.02.2024 17:04 2 235
Fransa prezidentindən Kilian Mbappeyə xəbərdarlıq
Fransa Prezidenti Emmanuel Makron Qətər əmiri Təmim bin Həməd Al-Taninin səfəri münasibətilə Yelisey sarayında qonaq olan PSJ-nin və Fransa millisinin hücumçusu Kilian Mbappeyə müraciət edib.

Futbolçu Makronla görüşəndə prezident ona: “Bizim üçün daha çox problemlər yaradacaqsan”, - deyib.

Bundan sonra Mbappe Qətər əmiri ilə salamlaşıb, onu dinləyib və yoluna davam edib.

Makronun Mbappenin “Real Madrid”ə mümkün keçidinə işarə edib-etmədiyi bilinmir.

Bundan öncə mətbuatda xəbər yayılmışdı ki, Fransa prezidenti, Qətər əmiri və PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi Mbappeni cari mövsümün sonunda İspaniyanın “Real Madrid” klubuna keçməkdən imtina etməyə razı salmaq niyyətində deyillər.

Qeyd edək ki, Kilian Mbappe bütün klub yarışlarında PSJ-nin heyətində 32 matçda 32 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Mənbə: Sports.kzскачать dle 11.3
Mojo.az Banner