Mojo.az Banner
23:02 Ev tikdirmək istəyənlər üçün VACİB XƏBƏR  |     22:57 İki güləşçimiz Avropa çempionatında finala yüksəldi  |     22:51 ChatGPT bank kartlarımıza giriş əldə etdi  |     22:49 ABŞ-İran danışıqlarının yeni raundunun TARİXİ AÇIQLANDI  |     22:34 Sürücülərin diqqətinə - Maşında bunlar yoxdursa, cərimələnə bilərsiniz  |     22:28 Bakı-Tiflis-Bakı qatarı açılır: Regionların turizm potensialı necə dəyişəcək?  |     22:24 Əli Əsədovdan dəmir yolu ilə Gürcüstana gedəcək vətəndaşlarla bağlı QƏRAR  |     22:16 BMCMİ-nin tutduğu "vəzifəli şəxs"in məhkəməsində ŞOK DETALLAR  |     22:10 Bakıdan qayıdan müğənni reanimasiyaya yerləşdirildi  |     22:02 Hoteldə qadın kişi müştərisinin 34 minlik “Rolex” markalı saatını oğurladı  |     21:54 Ağdamda İşğal və Zəfər Muzeyləri kompleksi inşa olunacaq  |     21:17 Xəzər dənizində zəlzələ olub  |     21:08 Qardaşını bıçaqlayan şəxsə hökm oxundu  |     21:03 Özünü vəzifəli şəxs kimi təqdim edərək vətəndaşdan 133 min aldı - Məhkəmə işi  |     20:56 Yağış və tullantı sularının idarə olunması ilə bağlı RƏSMİ AÇIQLAMA  |     20:51 Ukraynada prezident seçkiləri bu vaxt keçirilə bilər  |     20:42 "Ebola virusundan 139 nəfər ölüb" - ÜST  |     20:37 Sabah 27° isti olacaq  |     20:29 Ukrayna DİN-də əməliyyat keçirilib - Məmurlar saxlanılıb  |     20:24 Azərbaycanda 35 nəqliyyat vasitəsi özəlləşdirildi  |    
Left Banner
Right Banner

Gəncədə dəhşətli qətl: Qatil 24 il sonra cəzasını aldı

28.02.2024 12:10 1 869
Gəncədə dəhşətli qətl: Qatil 24 il sonra cəzasını aldı
Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə saxlamada təqsirləndirilən Elsevər Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. O yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın.

Qeyd: Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda qeyd edilib ki, 15 fevral 2000-ci il tarixdə Gəncə şəhər sakini, 1939-cu il təvəllüdlü Solmaz Rzaqulu qızı Yolçuyevanın yaşadığı evdə bədəni üzərində xəsarətlər aşkar olunması faktına görə şəhər prokurorluğunda 2000-ci ilədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 95-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi başlanaraq istintaq aparılsa da, təqsirləndirilən şəxs müəyyən edilmədiyindən iş üzrə icraat 16 iyul 2001-ci il tarixdə dayandırılıb.

16 avqust 2022-ci il tarixdə icraat təzələnərək istintaq Gəncə Şəhər Prokurorluğu tərəfindən davam etdirilməklə peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb və kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

İstintaqla Gəncə şəhər sakinləri - 1977-ci il təvəllüdlü E.Məmmədov, 1980-ci il təvəllüdlü Xəyal Səfərov və 1978-ci il təvəllüdlü Arzu Hacıyevin cinayət əlaqəsinə girərək külli miqdarda pulu quldurluq yolu ilə talamaq məqsədilə Solmaz Yolçuyevanı yaşadığı mənzildə qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həyata keçirilən tədbirlərlə cinayət əməlində şübhəli bilinən E.Məmmədov tutularaq istintaqa cəlb edilib, digər şəxslərin - X.Səfərovun 2001-ci ildə Qazaxıstanda, A.Hacıyevin isə 2004-cü ildə Rusiya Federasiyasında ölmələri müəyyən olunub.

Toplanan mötəbər sübutlar əsasında E.Məmmədova Cinayət Məcəlləsinin (köhnə redaksiya) 94.1-ci maddəsi ilə (tamah məqsədilə qəsdən adam öldürmə) ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırlatma: Cinayət materiallarında qeyd olunub ki, E.Məmmədov şübhəli şəxs qismində tutulduqdan sonra 16 avqust 2022-ci il tarixdə, saat 18:10-da Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilərkən onun üzərinə baxış zamanı əynində olan şalvarın sağ yan cibindən 0,04 qram təşkil edən üzərində “methadone-40” narkotik maddə aşkar edilərək götürülüb.скачать dle 11.3
Mojo.az Banner