Mojo.az Banner
19:15 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb  |     19:10 Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı  |     19:03 Kirayə mənzil üçün yeni müraciətlərin qəbulu niyə dayandırıldı? - VİDEO  |     18:47 Yumurta bişirəndə bu səhvləri etməyin  |     18:42 Rusiyada bazara BASQIN: azərbaycanlılar cərimələndi - VİDEO  |     18:33 Valideynlərin nəzərinə: Uşaq oyuncaqları ilə bağlı yeni və sərt tələblər təsdiqləndi  |     18:31 84 yaşlı kişi silahdan açılan atəş nəticəsində öldü  |     18:28 Bakıda 3 nəfərin öldüyü, 25 nəfərin xəsarət aldığı yanğın: "Loft Klinika"nın direktoru məhkəmədə ifadə verdi  |     18:11 Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT İnsan Hüquqları Şurasında qəbul edildi  |     17:59 Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"  |     17:38 Sabah bu 5 kənddə qaz olmayacaq  |     17:37 Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ  |     17:30 Pensiyaların ödəniləcəyi tarix açıqlandı  |     17:27 Bakı-Qazax yolunda maşın aşdı - Ölən və yaralananlar var  |     17:09 Bakıda 10 minə maral başı satılır  |     17:06 Psixotrop dərman qalmaqalı olan bağçanın direktoru işdən çıxarıldı  |     17:05 Tokayevlə Ələkbərovun görüşündə nələr müzakirə olundu?  |     16:29 Bakıda 24 yaşlı Fatimənin öldürüldüyü hadisənin - Görüntüləri (Video)  |     15:51 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi  |     15:35 Bu şəxslərin pensiyası daha çox artacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Anasının tanışını öldürən gənclə bağlı QƏRAR

23.02.2024 13:27 1 311
Anasının tanışını öldürən gənclə bağlı QƏRAR
Ali Məhkəmədə Sumqayıtda qətl törətməkdə təqsirləndirilən Rafael Quliyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il iyulun 27-si saat 22 radələrində Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Nurəddin Quliyevin Sumqayıt Dəmiryol Vağzalının qarşısında öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı, 2002-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Rafael Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nurəddin Quliyevə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb. Rafael Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Məhkəmədə Rafael Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi anasıyla olan münasibəti ilə bağlı tanıyıb:

“2018-ci ildə anamın Nurəddinlə münasibətdə olduğunu öyrəndim. Mənim də onunla görüşməyimdə məqsəd anamla münasibətə son qoymağı tələb etməyim idi. Hadisə günü evə getdiyim zaman anamı pis halda gördüm. O, mənə hadisənin necə olduğunu danışdı. Bundan sonra Nurəddin ilə görüşmək üçün vaxt təyin etdim. Onunla görüşən zaman üzərimdə bıçaq vardı. Həmin bıçağı Nurəddinin məndən güclü olduğu üçün ehtiyat məqsədilə götürmüşdüm. Nurəddinlə görüşdükdə ona bizi bir daha narahat etməməsini dedim. Biz birlikdə Sumqayıt Dəmiryol Vağzalının qarşısına gəldik. Sonra avtomobildən düşdük. Mən Nurəddinin avtomobilindən düşərkən onun xəbəri olmadan maşında olan mavi rəngli beşbarmağı götürərək arxa sağ cibimə qoydum. O, məni təhqir etdi və bibər qazından istifadə etdi. Mən də beş barmaqla özümü müdafiə etdim. Nurəddin taqətdən düşdü. Bundan sonra ona bıçaq zərbəsi endirdim. Lakin neçə bıçaq zərbəsi endirdiyimi xatırlamıram. İstintaq zamanı ifadə verərkən həyəcanlı idim”.скачать dle 11.3
Mojo.az Banner