Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni qaydalar gəlir: Hansı taksi sürücüləri cəzalandırılacaqlar?

23.02.2024 11:42 2 052
Yeni qaydalar gəlir: Hansı taksi sürücüləri cəzalandırılacaqlar?
Taksilərə buraxılış vəsiqəsi barədə məlumatlar Yol Polisi İdarəsinin sisteminə ötürüləcək. Bu, Prezident İlham Əliyevin iki gün əvvəl imzaladığı fərmanla “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Əlaqəli fəaliyyət çərçivəsində ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi və taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə təqdim ediləcək.

Bəs görəsən buraxılış vərəqələrinin verilməsi ilə bağlı hansısa kriteriyalar və öhdəliklər tələb olunacaqmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov qanunun bu sahədə olan bir çox çətinliyi aradan qaldıracağını deyib:

“Bu məlumatların mərkəzi bazada olması təqdirəlayiq bir addımdır. Çünki belə bir bazanın olmaması gələcək iş prinsiplərində bəzi çətinliklər yaradırdı. Daha öncə müəyyən prosedur qaydaları, inzibati tənbehləri tətbiq etmək çətin idi. Çünki hər hansı bir qayda pozuntusu etmiş şəxs bilir ki, cərimələnəcək və sadəcə cəriməsini ödəyəcək. Ona görə də mərkəzi baza sisteminin Daxili İşlər Nazirliyinin nəzdində yaradılması bir növ prosesləri kökündən həll etmək deməkdir. Sürücülük vəsiqəsini və avtomobillərin dövlət qeydiyyatına alınmasını Daxili İşlər Nazirliyi yerini yetirir. Bu səbəbdən sistemə birbaşa nəzarət də Daxili İşlər Nazirliyində olmalıdır”.

Ekspert buraxılış vərəqələri ilə bağlı kriteriyaların müəyyən olunması üçün zamana ehtiyac olduğunu qeyd edib.

“Buraxılış vərəqəsinin verilməsi ilə bağlı kriteriyaların müəyyən olunması üçün hələ ki tezdir. Mərkəzi baza sistemi tətbiq olunduqdan sonra müştəriləri incidən sürücülər, qanunu pozan şirkətlərlə bağlı hansısa ölçü götürülə bilər. Lakin bunun tətbiqi üçün müəyyən vaxt lazımdır”.скачать dle 11.3
Mojo.az Banner