Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Almaniya XİN nümayəndəsi: “COP29 hamımızın birləşməli olduğu bir tədbirdir”

20.02.2024 17:27 2 067
Almaniya XİN nümayəndəsi: “COP29 hamımızın birləşməli olduğu bir tədbirdir”
“BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər kəsin iqlim dəyişikliyi ilə mübarizə üçün birləşəcəyi tədbirdir”.

“Report” xəbər verir ki, bunu Almaniyada Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi Cenifer Morqan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının “COP28-dən sonra: birləşmək, hərəkət etmək və BƏƏ-də əldə olunmuş konsensusu həyata keçirmək vaxtıdır” adlı yüksək səviyyəli dəyirmi masada bildirib.

Onun sözlərinə görə, keçmişə nəzər salaraq söyləyə bilərik ki, hazırda hər birimiz yenidən birləşməliyik: “Çünki iqlim böhranı nəticəsində ölkələrimizdə baş verən təlatümlərə cavab vermək üçün bir araya gəlməliyik. Biz enerji sistemlərimiz və iqtisadiyyatlarımızın iqlim böhranına reaksiya verməsi üçün birləşməliyik”.

O vurğulayıb ki, hazırda demək olar ki, bütün ölkələr daha ədalətli cəmiyyətə keçid üçün enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi üzərində işləyir: “COP28 sazişlərinin həyata keçirilməsi üçün şərait yaratmaq, eləcə də bu il COP29 və gələn il COP30-a hazırlaşmaq üçün üç əsas şərtə toxunacağam. Bu, 1,5 dərəcə selsi missiyasına nail olmaq, sosial komponenti təmin etmək və maliyyələşdirmədir. Biz birlikdə keçid yolunu tapmalıyıq. Maliyyələşdirməyə gəlincə, bizim artıq iqtisadi investisiya və tranzit planımız var, mövcud vəsaitlərdən strateji istifadə etmək üçün onları birləşdirməliyik, bu mənada Beynəlxalq Enerji Agentliyinin rolu vacibdir”.скачать dle 11.3
Mojo.az Banner