Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

DOST-un 5,4 milyonluq tender verdiyi şirkət kimindir?

19.02.2024 21:07 1 830
DOST-un 5,4 milyonluq tender verdiyi şirkət kimindir?
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) "B2B Group” MMC ilə maliyyə dəyəri 5 389 546,16 AZN təşkil edən satınalma müqaviləsi imzalayacaq.

Qaynarinfo xəbər verir ki, şirkət Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzi və Sumqayıt DOST Mərkəzində istifadə olunacaq İT və yardımçı avadanlıqların satın alınması ilə tenderin qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "B2B Group” MMC 19 aprel 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Bəşirov Ramal Bəşir oğludur.

Mediada gedən məlumatlara görə, Ramal Bəşirov əvvəllər 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olmuş mərhum Fazil Məmmədova məxsus olduğu iddia edilən "Caspel” şirkətində çalışıb.

"B2B Group” MMC-nin də sahibinin keçmiş məmur olduğu bildirilir. İddialara görə, şirkətin sahibi 2015-ci ildə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Səbail Rayon İdarəsinin keçmiş rəisi, daha sonra isə nazir müavini vəzifəsində çalışmış general-mayor Elçin Əliyevdir.

Elçin Əliyev də "MTN işi” çərçivəsində tutduğu vəzifədən azad edilib.

Lakin "B2B Group” MMC-dən bu barədə mediaya verilən açıqlamada şirkətin Elçin Əliyevə məxsus olduğu barədə məlumat təkzib edilib.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən tender elanlarına diqqət etdikdə məlum olur ki, "B2B Group” MMC satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət adətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabelyində olan qurumların tenderlərdə qalib seçilir.

Yeri gəlmişkən DOST Agentliyi də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədovdur. O. 2018-ci ildən bu vəzifəni daşıyır.скачать dle 11.3
Mojo.az Banner