Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Silahlı Qüvvələri Avdeyevkadan çıxdı - Tarnavskinin bəyanatı

17.02.2024 19:56 2 046
Ukrayna Silahlı Qüvvələri Avdeyevkadan çıxdı - Tarnavskinin bəyanatı
Ukrayna qüvvələri alınan əmrə uyğun olaraq Avdeyevkadan əvvəlcədən hazırlanmış mövqelərə çıxıblar.

Bu barədə "Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri Aleksandr Tarnavski saat 02:15-də məlumat verib.

"Telegram" kanalında o, Ukrayna qüvvələrinin mühasirəyə alınmasına imkan verilmədiyini, şəxsi heyətin geri çəkildiyini qeyd edib. İndi əsgərlər müəyyən xətlərdə müdafiə mövqeləri tuturlar.

"Düşmənin davamlı bombardmanlar altında öz əsgərlərinin cəsədləri üzərindən onun birə nisbətində daha çox mərmi ilə irəlilədiyi bir vəziyyətdə bu, yeganə düzgün qərardır”, - deyə Tarnavski əlavə edib.

Bu gecə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Ukrayna bölmələrinin şəhərdən çıxarılması qərarını elan edib.

Ukraynalı general izah edib ki, bu, qüvvələrin mühasirəyə düşürməməsi, hərbçilərin həyat və sağlamlığını qorumaq üçün edilir. Onlar daha sərfəli mövqelərdə müdafiəyə keçirlər.

O qeyd edib ki, döyüşçülər rusların ən yaxşı hərbi hissələrini məhv etmək üçün əllərindən gələni edib və onlara böyük itkilər veriblər.

Bir gün əvvəl Britaniya kəşfiyyatı Rusiya Federasiyasının Ukrayna şəhərini ələ keçirmək cəhdləri zamanı ən azı 400 piyada döyüş maşını və digər ağır texnikanı, həmçinin çoxlu sayda əsgərini itirdiyini bildirmişdi.скачать dle 11.3
Mojo.az Banner