Mojo.az Banner
11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Naxçıvan əhalisinin sayı AÇIQLANDI

16.02.2024 21:42 2 112
Naxçıvan əhalisinin sayı AÇIQLANDI
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada əhalinin sayını açıqlayıb. 2024-cü il yanvarın 1-nə olan proqnoza əsasən ötən illə müqayisədə əhalinin sayı 0,6 faiz çoxdur.

Naxçıvan MR Dövlət Statistika Komitəsinin əməkdaşı Elvin Quliyev bildirib ki, 1 yanvar 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı 468 566 nəfər olub ki, bu da 1 il öncəki göstəricidən 0,6 faiz çoxdur. Ümumi əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edib. Əhalinin 35,5 faizi şəhər, 64,5 faizi isə kənd yerlərində yaşayır. Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı isə 85 nəfərdir.

Statistikaya əsasən, ümumi əhalinin 97,2 min nəfəri Naxçıvan şəhərində, 113 min nəfəri Şərur, 77,8 min nəfəri Babək, 50,7 min nəfəri Ordubad, 48 min nəfəri Culfa, 33,5 min nəfəri Kəngərli, 25,4 min nəfəri Şahbuz, 23 min nəfəri isə Sədərək rayonunda qeydə alınıb.

Qeyd edək ki, 2023-cü ildən başlayaraq Naxçıvanda ev təsərrüfatlarının uçotunun aparılmasına başlanılıb. Bununla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah təşkil edilib və statistik məlumatlar dürüstləşdirilərək mərkəzi elektron sistemə yerləşdirib.скачать dle 11.3
Mojo.az Banner