Mojo.az Banner
12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Günəşdə son beş ilin ən böyük partlayışlarından biri yaşanıb

09.02.2024 21:48 2 289
Günəşdə son beş ilin ən böyük partlayışlarından biri yaşanıb
Fevralın 9-da Günəşdə ən yüksək dərəcəli güclü partlayış qeydə alınıb.

Median.Az
 TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.

“Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partayışı qeydə alınıb”, - məlumatda deyilir.

Hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyysindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə).

Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.

Qeyd edək ki, bu, son 5 ildə qeydə alınmış ən böyük partlayışlardan biridir.скачать dle 11.3
Mojo.az Banner