Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

“Dövlət ehtiyatları haqqında” Qanunun tətbiqinə başlanacaq

02.02.2024 16:37 1 932
“Dövlət ehtiyatları haqqında” Qanunun tətbiqinə başlanacaq
Prezident İlham Əliyev “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.

Bu barədə President.az xəbər verir.

Fərmanla müəyyən edilir ki:

- “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.15-ci maddələrində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Qanunun 1.1.2-ci maddəsində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

- həmin Qanunun 1.1.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur.

Azərbaycan Respublikasının Nazirlər Kabineti:

aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir:

- “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci və 5.4-cü maddələrinə uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını;

- həmin Qanunun 5.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını;

- həmin Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını;

- həmin Qanunun 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə uyğun olaraq, dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını.

Həmçinin, Nazirlər Kabinetinə həmin Qanundan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

“Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu linkdən tanış ola bilərsiniz.

Son xəbərlər