Mojo.az Banner
22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |     18:11 Kiyevə raket hücumu zamanı Azərbaycan restoranı dağıldı: Xəsarət alanlar var - Foto  |     16:14 Pensiya kapitallarında dəyişikliklə bağlı - Rəsmi açıqlama  |     16:00 Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib  |     15:59 Ermənistanda hərbçi güllələnərək öldürülüb  |     15:53 Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəldi  |     15:50 Bu ərazidə yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

285 yaşlı limon hərracda fantastik məbləğə satıldı

01.02.2024 18:06 1 170
285 yaşlı limon hərracda fantastik məbləğə satıldı
İngiltərədə 285 yaşlı limon hərracda satılıb.

Bu barədə "UPI" nəşri məlumat yayıb.

Alıcı bunun üçün 1780 dollar ödəyib.

"Brettells" hərrac evinin əməkdaşlarının məlumata görə, bir ailə onlara bir vaxtlar qohumlarına məxsus olan 19-cu əsrə aid şkaf gətirib.

Mütəxəssis onu hərraca çıxarmaq üçün əşyanın şəklini çəkərkən qutulardan birinin arxasında limon görüb.

Limonun üzərində 1739-cu il noyabrın 4-də Miss Baxsterə verildiyi yazısı olub.

Meyvənin də tarixi dəyəri olduğuna qərar verən hərrac evi onu da hərraca çıxarıb.

Bir alıcının limon üçün 1780 dollar ödədiyi və hərracın qalibi elan edildiyi bildirilir. Dolab isə cəmi 40 dollara satılıb.

Sitrus meyvəsinin yeni sahibi onunla nə etməyi planlaşdırdığını açıqlamayıb.
//Baku.wsскачать dle 11.3
Mojo.az Banner