Mojo.az — elanlar
Son Xəbərlər
12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |    
Mojo.az Avto
Mojo.az Avto

Limon suyunun inanılmaz faydaları

29.12.2018 14:35 4 762
Limon suyunun inanılmaz faydaları
Bu günə qədər limonun bir çox faydaları haqqında eşitsək də, yaratdığı möcüzələrdən çoxları xəbərsizdir.

Limon vasitəsilə hansı gözəlliklərə sahib ola biləcəyiniz mövzusunda sizə məsləhətlər verir:

1. Limon suyu ilə saçın rənginin açılması - bir çoxları bundan xəbərsiz olsa da, saçların rənginin açılmasında limon suyu əhəmiyyətli rol oynayır. Günəşə çıxmazdan əvvəl saçınıza limon tətbiq etsəniz, təbii kölgələrə sahib ola biləcəksiniz.

2. Saralmış dırnaqlar üçün limon suyu - əgər tünd rəngli boyaların dırnağınızı saraltmağından şikayətçisinizsə, yenə də limon köməyinizə çatar. Dırnaqlarınızı limon suyu ilə doldurduğunuz qabda bir neçə dəqiqə saxlayın. Tez bir müddətdə daha gözəl dırnaqlara sahib olduğunuzu görəcəksiniz.
3. Saçlarınızı təmizləmək üçün limon suyu - limon suyunun saçlarınızı dibinə hopmuş jele, sprey və s. bu tipli məhsullardan təmizləmək üçün yaxşı bir vasitə olduğunu bilirsinizmi? Limon suyunu su ilə qarışdırdıqdan sonra təxminən bir dəqiqə saçınızda saxlayın, daha sonra isə durulayın. Nəticə sizi çox təəccübləndirəcək.

4. Limon suyu ilə kəpəksiz saçlar - limon suyunun kəpəyin qarşısını aldığını söyləmək doğru olmaz. Amma buna baxmayaraq baş dərisinə yayılan və insana narahatlıq verən kəpəkləri təmizləmək üçün limon ən yaxşı vasitədir. Bunun üçün başınızın dərisini masaj edərək limon suyunu sürtün, daha sonra 10 dəqiqə gözləyin. Ardınca şampununuzu sürtün və durulayın. Saçınızın kəpəklərdən necə təmizləndiyini özünüz görəcəksiniz.

5. Ləkələrdən limonla qurtulun - sızanaq izləri, hamiləlik və günəş ləkələri hər kəsin üzləşdiyi problemlər sırasındadır. Bu ləkələrdən xilas olmaq üçün təbii bir üsul axtarırsınızsa, o zaman limona müraciət edə bilərsiniz. Pambığın köməyi ilə gündə bir dəfə ləkənin üzərinə limon suyu tətbiq edin. Ləkələrin rəngində hiss olunacaq dərəcədə dəyişiklərin şahidi olacaqsınız.

6. Limonla tərdən xilas olun - limonun təkibindəki limon turşusu ortaya çıxan pis qoxunu törədən bakteriyaları öldürür. Bu səbəblə əgər təbii vasitələrlə pis qoxudan azad olmaq istəyirsinizsə, o zaman limon xilaskarınız ola bilər.

7. Limon suyu ilə pilinq - limon suyu, duz və zeytun yağı möcüzəvi bir bədən pilinqi effektini verər. Təbii üsullarla özünə baxmağın tərəfdarı olanlar üçün bu 3 qarışığın əvəzolunmaz təsiri var.

///Axşam.az

Son xəbərlər