Mojo.az Banner
23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |     22:52 Qapıda unudulan açar 5 min manatlıq oğurluqla nəticələndi - Məhkəmə qərarı  |     22:47 İşdən əsassız çıxarıldığını deyən vətəndaşdan QALMAQALLI İDDİA - VİDEO  |     22:39 ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR  |     22:34 Xəyanəti ən çətin bağışlayan bürclər  |     22:25 Hər gün piyada gəzməyin bilmədiyiniz faydaları  |     22:19 2050-ci ildə qorxulu mənzərə: Yoluxma sayı 35 milyona yaxınlaşacaq  |     22:12 Tramp və Zelenski Vaşinqtonda ikitərəfli görüş keçiriblər  |     22:07 Tiktokerin işində ekspert rəyi müsbət qiymətləndirib  |     21:59 Avqustda neçə gün iş olmayacaq?  |     21:53 Mərdəkanda dənizdə iki nəfər batdı, biri çıxarıldı, digəri axtarılır  |     21:45 Kiloqramı üç manata satılan kolbasanı yemək olarmı? - AÇIQLAMA - VİDEO  |     21:40 Milli Qvardiyanın yaradıcısı polkovnik Azər Babayev vəfat edib  |     21:34 Samir Tağızadə ölkə üzrə yeganə 700 bal toplayan abituriyent oldu  |     21:26 Sun Cun: "Azərbaycan regionun sabitliyinin möhkəmləndirilməsinə dəyərli töhfələr verib"  |     21:21 Qaqik Xaçatryan: "Bakıda təşkilatçılıq çox yüksək səviyyədədir, bizə çox mehriban münasibət göstərirlər"  |     21:13 Qida ekspertindən saxta kürü xəbərdarlığı: Kimlər diqqətli olmalıdırlar?  |     21:08 Fransada meşə yanğınlarını qəsdən törətməkdə şübhəli bilinən gənc həbs edilib  |     21:00 "Araz-Naxçıvan" 2026/27 mövsümündə rəqiblərini bu stadionda qəbul edəcək  |    
Left Banner
Right Banner

İlham Əliyev: “Ermənistan Azərbaycana qarşı iddialara son qoyduğu halda sülhə nail oluna bilər”

01.02.2024 16:07 2 214
İlham Əliyev: “Ermənistan Azərbaycana qarşı iddialara son qoyduğu halda sülhə nail oluna bilər”
“Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşdə deyib.

Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışların olduğunu vurğulayan dövlətimizin başçısı bildirib ki, bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında əksini tapıb. Prezident İlham Əliyev, həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlərin mövcudluğunu diqqətə çatdırıb.

“Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir”, - deyən Azərbaycan Prezidenti qeyd edib ki, bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər.

Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlətimizin başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.скачать dle 11.3
Mojo.az Banner