Mojo.az Banner
23:01 Məşhur bitki dərinin qocalmasını dayandıra bilər  |     22:56 Şəkidə cücə sexi yandı  |     22:46 Şirin su balıqları çaylardan yoxa çıxır - Ekoloqlar narahatdır  |     22:42 Hotellərdə qiymət aşağı düşüb? - “Hazırda vəziyyət belədir”  |     22:38 Etibarnamə ilə torpaq alanları hansı risklər gözləyir?  |     22:31 Keçmiş reper baş nazir seçildi  |     22:23 Subasmaya görə köməksiz qalan 9 nəfər xilas edildi - Video  |     22:18 BŞİH gücləndirilmiş iş rejiminə keçib  |     22:13 Masallıda baş verən qəzada 34 yaşlı sürücü öldü  |     22:05 Uşaq neçə saat ekran qarşısında ola bilər? - Yaşa uyğun SAATLAR  |     22:00 Yağış Sabunçu vağzalının qarşısını iflic günə saldı - Video  |     21:52 Hande Erçel sərbəst buraxıldı  |     21:46 İstanbulda zabit və məhkumlar yol qəzasına düşdü - Yaralılar var  |     21:30 Murad Dadaşov əməliyyatdan sonra  |     21:24 Ağsuda qadını öldürüb əkin sahəsinə atdılar: Polis iki nəfəri saxladı  |     21:17 Azərbaycan millisi Sent Lüsiyanı 6:1 hesabı ilə məğlub etdi  |     21:11 Bakıda və Abşeronda yağıntının miqdarı aylıq normanın 195%-ni təşkil edib - FAKTİKİ HAVA  |     21:02 At və uzunqulaqların sayı kəskin azalıb: Səbəb nədir? - Video  |     20:56 İran Səudiyyə Ərəbistanındakı aviabazada yanacaqdaşıyan təyyarələrin məhv edildiyini açıqlayıb  |     20:49 Bakının iki rayonunda yaşayış evlərinin həyətyanı sahələrini su basdı: Sakinlər təxliyə edildilər - Video  |    
Left Banner
Right Banner

Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir

31.08.2024 19:33 849
Ayxan Hacızadə: Azərbaycanla Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir
"Guya Azərbaycanın Konstitusiya aktında Ermənistana qarşı ərazi iddialarının olması barədə iddialar tamamilə yanlışdır”.

APA xəbər verir ki, bunu xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Baş nazirinin 31 avqust tarixli mətbuat konfransında Azərbaycana qarşı səsləndirdiyi fikirlərə dair şərhində deyib:

O bildirib ki, bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir:

“Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu heç bir halda hal-hazırda, Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir".

Ayxan Hacızadə qeyd edib ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır:

"Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil".
скачать dle 11.3
Mojo.az Banner