Mojo.az Banner
22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |     20:46 Sentyabrda pomidor niyə bahadır? – Ekspert səbəbləri açıqladı  |     20:41 Çində ilk plastik yol inşa edildi: Asfaltına nə əlavə olunub?  |     20:33 Azərbaycan millisinin Tacikistanla oyununun hakimləri bəlli oldu  |     20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır” - VİDEO

30.01.2024 16:07 2 175
Qonşusu Afiyəddin Cəlilovun nəvəsinin müdafiəsinə qalxdı: “Böyüyə, kiçiyə hörmət edən uşaqdır” - VİDEO
Sosial şəbəkələrdə “Jalilov” adlı profillə tanınaraq qeyri-etik hərəkətlərilə gündəmə gələn, videolar çəkərək “TikTok”da paylaşan yeniyetmənin xəstəxanaya yerləşdirildiyi barədə xəbər vermişdik.

Bakıdakı 2 saylı Klinik Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilən yeniyetmənin hərəkətləri sosial şəbəkələrdə pislənilir. 2009-cu il təvəllüdlü 9-cu sinif şagirdinin məşhur ailədən - Milli Məclisin mərhum vitse-spikeri Afiyəddin Cəliovun nəvəsi olması isə olayla bağlı müzakirələri bir qədər də qızışdırıb.

Çoxları tənqid edərkən yeniyetmənin qonşularından biri onun müdafiəsinə qalxıb.

Modern.az xəbər verir ki, babasının ad-soyadını daşıyan 15 yaşlı Afiyəddin Cəliovun qonşusu - Zərifə Mahmudova adlı qadın yeniyetmənin “TikTok”un qurbanı olduğunu qeyd edib:

“Neçə gündür, rəhmətlik Afiyəddin Cəlilovun nəvəsinə qarşı kampaniya davam edir. O uşaq bizim qonşumuzdur. Gözümün qabağında doğulub-böyüyüb. Çox tərbiyəli, böyüyə, kiçiyə hörmət edən sadə bir oğlandır. Sadəcə, zəmanə uşağıdır, “TikTok”un növbəti qurbanlarından biridir. Bir yeniyetmənin həyatını belə məhv etmək olmaz! Allahdan qorxun!” - deyə yeniyetmənin qonşusu sosial şəbəkələrdəki müzakirələrə etiraz edib.скачать dle 11.3
Mojo.az Banner