Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Azərbaycan “Azerspace-1” peyki üzrə kredit öhdəliklərini tam ödəyib

22.01.2024 17:46 1 287
Azərbaycan “Azerspace-1” peyki üzrə kredit öhdəliklərini tam ödəyib
Ötən il Azərbaycan ilk peyki olan “Azerspace-1” üzrə kredit öhdəliklərini tam ödəyərək yekunlaşdırıb.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, peykin istehsalı üzrə 116,6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon ABŞ dolları (ümumilikdə 206,2 milyon ABŞ dolları) məbləğində kredit öhdəlikləri ödənilib.

Qeyd edək ki, “Azerspace-1” peykinin istehsalı üçün ABŞ-nin “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə “BNP Paribas” bankı ilə kredit sazişi imzalanıb və ümumi məbləği 116,6 milyon ABŞ dolları olan kredit əldə edilib. “BNP Paribas” bankı qarşısında olan kredit öhdəlikləri 2022-ci ildə yekunlaşıb. İkinci kredit isə Fransanın “Coface” İxrac Kredit Agentliyindən cəlb edilib.

“Azerspace-1” peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın “Ariane Space” şirkəti tərəfindən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb. Peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. “Azerspace-1”in istismar müddəti isə azı 15 ildir.

Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edib. Kosmik Agentlik (“Azərkosmos”) telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərir.скачать dle 11.3
Mojo.az Banner