Mojo.az Banner
11:43 Bakıda altı dost gecə dəhşət yaşadı - FOTO  |     11:41 Tələbələrə yol açıldı: Həsən Əliyev küçəsində müvəqqəti keçid yaradıldı - VİDEO  |     11:40 Azərbaycan və Qırğızıstan arasında "yol" açılır - Avtomobil əlaqələri sadələşdirilir  |     11:38 Bakıda elektrikli avtobus yolda qaldı: Sərnişinlər düşürüldülər - VİDEO  |     11:37 Azərbaycanda şok statistika: Nikahların yarısı qədər boşanma olub  |     11:36 Ölkədə doğulanların sayı azalıb  |     11:34 Azərbaycan əhalisinin sayı AÇIQLANDI  |     11:33 Bakıda tarixi-dini abidələrin qorunması ilə bağlı konfrans keçirilir  |     11:32 Ağcabədidə təhlükə yaradan obyektin fəaliyyəti dayandırıldı - Video  |     11:31 Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı  |     11:30 Bəzi rayonlarda duman müşahidə olunur - Faktiki hava  |     11:29 Azərbaycan nefti ucuzlaşıb  |     11:27 Alla Axundova VƏFAT ETDİ - FOTO  |     11:26 "Qəbələ" Elvin Camalovu heyətinə qatdı - RƏSMİ  |     11:25 19 yaşlı Xədicənin ölümünün təfərrüatı: Qonşular əl qumbarasının evə necə gətirildiyini açıqladılar - VİDEO  |     11:15 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar  |     23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |    
Mojo.az Avto
Mojo.az Avto

Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür – RƏSMİ

22.01.2024 17:40 1 257
Hərbi qulluqçuların səsvermədə iştirakı üçün zəruri tədbirlər görülür – RƏSMİ
Azərbaycan Ordusunun şəxsi heyəti Müdafiə Nazirliyinin hərbi hissə və müəssisələrində yaradılan qapalı seçki məntəqələrində 7 fevral prezident seçkilərinin səsverməsində iştirak edə biləcəklər.

Bu barədə secki-2024.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, seçkilərin Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsi, eləcə də şəffaflığın təmin edilməsi üçün hərbi hissə və müəssisələrin ərazilərində fəaliyyət göstərəcək məntəqələrdə zəruri tədbirlər görülür. Eyni zamanda, Azərbaycan Ordusunda xidmət edən bir qrup hərbi qulluqçu prezident seçkiləri səsverməsində ilk dəfə iştirak edəcək. Müdafiə Nazirliyi ilk dəfə səs verəcək hərbi qulluqçuları nəzərə alaraq Seçki Məcəlləsi ilə tanışlıq və digər maarifləndirici məlumatların çatdırılmasını da həyata keçirir.

"Ölkə üzrə bütün seçki məntəqələrində olduğu kimi, Azərbaycan Ordusunun şəxsi heyətinin seçki prosesində hüquqlarının azad və sərbəst şəkildə təmin olunması üçün hərtərəfli şərait və əlverişli mühit yaradılacaq”, -deyə Müdafiə Nazirliyinin açıqladığı məlumatda qeyd olunur.

Nazirlikdən bildiriblər ki, çətin relyefli dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrdə olan seçicilərin səsvermədə iştirakının təmin edilməsi üçün daşınan seçki qutularından istifadə olunacaq.скачать dle 11.3
Mojo.az Banner