Mojo.az Banner
17:31 Azərbaycanda ən çox bahalaşan ərzaq məhsulları (SİYAHI)  |     17:21 Ukrayna Rusiyada neft emalı zavoduna zərbə endirib  |     17:08 Bu əşyanı özünüzlə mütləq götürün – Pilotdan məsləhət  |     16:56 Ölkəmizdə donuzların yarıdan çoxu bu rayonda saxlanılır  |     16:51 Sabah hava necə olacaq?  |     16:25 Xalq artistinin xəsarət aldığı qəzanın təfərrüatı məlum oldu  |     16:06 Bu il Ukraynada 36 azərbaycanlıya vətəndaşlıq, 194 nəfərə isə daimi yaşamaq icazəsi verilib  |     16:04 ABŞ-yə köçmək istəyənlərin nəzərinə: Qanunsuz hesab edilən VİZA QADAĞASI ləğv olundu  |     16:01 Dənizdə boğulduğu deyilən 5 uşaq atası XARİCDƏ SAĞ TAPILDI  |     15:58 Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb  |     15:58 Bakıda 27 yaşlı oğlan BIÇAQLANDI: Qardaşı saxlanıldı  |     15:43 Kamçatkada çarəsiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı XİLAS EDİLDİ – FOTO  |     14:36 Ağstafada "TikTok" üçün video çəkən azyaşlını CƏRƏYAN VURDU  |     14:32 Zaqatalada AĞIR QƏZA: Sürücü yanaraq öldü  |     14:18 Latviya-Belarus sərhədində gizli tunel aşkarlandı: 28 nəfər saxlanıldı  |     14:09 Bakıda rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın öldü - FOTO  |     14:06 "Tesla" Çindən milyonlarla elektromobilini geri çağırır - SƏBƏB  |     13:51 Sabunçuda ailə münaqişəsi qanla bitdi: Qətlə yetirilən gəncin qardaşı şübhəli bilinir  |     13:51 Əməkdar jurnalist vəfat etdi  |     13:41 Bakıda M6 ekspres marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR  |    
Left Banner
Right Banner

ABŞ keçmiş prezidentin ölkəyə girişinə qadağa qoydu

18.01.2024 14:14 1 158
ABŞ keçmiş prezidentin ölkəyə girişinə qadağa qoydu
ABŞ Dövlət Departamenti korrupsiyada ittiham etdiyi Qvatemalanın keçmiş prezidenti Alexandro Giammatteyin səlahiyyət müddəti başa çatdıqdan üç gün sonra ABŞ-yə girişini qadağan edib.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bəyanat verib.

“Dövlət Departamenti Giammatteyin Qvatemala prezidenti olduğu müddətdə dövlət vəzifələrini yerinə yetirməsi müqabilində rüşvət aldığı, qanunun aliliyinə və hökumətin şəffaflığına xələl gətirən hərəkətlərə yol verdiyinə dair etibarlı məlumatlara sahibdir”, - deyə bəyanatda bildirib.

Həmçinin Giammatteyin ABŞ-yə girişinə qadağa qoyulduğu qeyd edilib.

Bəyanatda ABŞ-nin Qvatemalada və Qərb yarımkürəsində şəffaflığı və idarəçiliyi gücləndirməkdə qərarlı olduğu, buna xələl gətirənlərin əməllərinə görə hesab verməsi üçün bütün vasitələrdən istifadə edəcəyi vurğulanıb.

ABŞ, həmçinin ölkə demokratiyasına zərbə vurmaqda ittiham olunan Qvatemalanın yüzlərlə məmuruna və vətəndaşına qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, 2023-cü il avqustun 20-də ölkədə keçirilən prezident seçkisinin ikinci turunda qalib gələn Bernardo Arevalo yalnız yanvarın 14-də Konqresdə and içə bilib və Alexandro Giammattey vəzifəsini tərk edib.

Mənbə: Haber Globalскачать dle 11.3
Mojo.az Banner