Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

İngiltərə millisinin keçmiş baş məşqçisi ağır xəstə olduğunu açıqladı: “Az ömrüm qalıb”

11.01.2024 16:56 1 695
İngiltərə millisinin keçmiş baş məşqçisi ağır xəstə olduğunu açıqladı: “Az ömrüm qalıb”
İngiltərə futbol millisinin sabiq baş məşqçisi Sven-Qoran Eriksson xərçəng xəstəsi olduğunu və xəstəliyin sonuncu mərhələsində olduğunu açıqlayıb.

Eriksson maksimum bir il ömrünün qaldığını deyib.

“Hamı başa düşür ki, mənim çox ciddi xəstəliyim var. Çoxları bunun xərçəng olduğunu təxmin edir və bu həqiqətən belədir. Bacardığım qədər mübarizə aparmalıyam. Ən yaxşı halda bir il ömrüm var, ən pis halda isə bundan daha az”, - deyə o bildirib.

75 yaşlı mütəxəssis son olaraq ölkənin üçüncü divizionunda çıxış edən İsveçin “Karlstad” klubunda idman direktoru vəzifəsində çalışıb və səhhətindəki problemlərə görə 2023-cü ilin fevralında vəzifəsini tərk edib.

O, məşqçilik karyerası ərzində İsveçin “Göteborq”, Portuqaliyanın “Benfika”, İtaliyanın “Roma”, “Latsio” və “Sampdoriya”, İngiltərənin “Lester” və “Mançester Siti” klublarında çalışıb. Həmçinin İngiltərə, Kot-d'İvuar və Filippin milli komandalarına rəhbərlik edib.

Erikssonun rəhbərliyi altında İngiltərə yığması 2004-cü il Avropa Çempionatında, eləcə də 2002 və 2006-cı il Dünya Çempionatlarında iştirak edib.

Mənbə: “Sveriges Radio”скачать dle 11.3
Mojo.az Banner