Mojo.az Banner
20:10 Bakı 2040-cı ilədək çoxmərkəzli şəhər modelinə keçəcək  |     20:02 Çörəyin son istifadə tarixindən əvvəl xarab olduğunu necə anlamaq olar?  |     19:57 Deputat: "Ermənilərin Azərbaycan tarixi ilə bağlı saxtakarlıqları davam edir"  |     19:49 Pəncərələrdə tül artıq məcburi deyil: Müasir evlərdə onu nə ilə əvəz edirlər?  |     19:43 Milli 1-0 məğlub olduğu üçün istefa verdi  |     19:41 Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI  |     19:37 “Masazır dairəsi”ndə ölümlə nəticələnən qəzanın VİDEOSU  |     19:30 "14 manata ət təklif etdik, qəssab almadı" - Fermerdən şikayət  |     19:21 Ayxan Abbasov: "Əsas məqsədimiz bu turnirdə birinci yeri tutmaqdır"  |     19:08 Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq  |     18:54 Ağcabədidə ağır QƏZA: İki qardaş öldü  |     18:39 İngiltərə-İspaniya oyununu bu kanal yayımlayacaq  |     18:19 Formula 1-dən kim qazanır? – Bakıda ən çox gəlir götürən sahələr AÇIQLANDI  |     18:15 Afinada yaşayış binasında güclü partlayış: ölənlər var  |     18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |    
Mojo.az Avto
Mojo.az Avto

Beş uşaq himayədar ailələrə verilib

08.01.2024 18:45 1 365
Beş uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ötən ildən tətbiqinə başlanan himayədar ailə qayğı modeli çərçivəsində beş uşaq himayədar ailələrə verib.

Nazirlikdən verilən məlumata görə, valideyn qayğısından məhrum olmuş beş qız uşağı üçün ümumilikdə dörd ailə “Himayədar ailə” olub.

Uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.

Qanunvericiliyə əsasən, himayədar ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə himayədar valideyn olmaq istəyən şəxs (şəxslər) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə əsasında yaranır.

Qeyd edək ki, himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri:

- 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);

- 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);

- 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

Eyni zamanda himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin ediləcəklər.скачать dle 11.3
Mojo.az Banner