Mojo.az Banner
13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qarabağ" 25 ilin rekorduna imza atdı

05.01.2024 16:48 3 009
Azərbaycan Premyer Liqasının 2023-cü ildə keçirilən oyunlarında "Qarabağ” hamıdan çox – 88 qol vurub.

Median.Az
Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib.

Qurban Qurbanovun yetirmələri bununla da Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb.

1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb.

Daha çox qola sonuncu dəfə 1998-ci ildə "Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqlənib.

"Qarabağ”ın ötən ilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə "Kəpəz” eyni sayda fərqlənib.

Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran "Neftçi”yə məxsusdur.

Bir təqvim ilində 75 və daha çox qol vuranlar:
Ətraflı

1. "Neftçi” – 104 (1992)

2. "Xəzər” (Sumqayıt) – 100 (1992)

3. "Kəpəz” – 91 (1998)

4-5. "Kəpəz” – 88 (1995)

"Qarabağ” – 88 (2023)

6. "Qarabağ” – 87 (2022)

7. "Neftçi” – 78 (1996)

8. "Kəpəz” – 76 (1992)скачать dle 11.3
Mojo.az Banner