Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:47 Şəhid anasının ziyarət etdiyi qazi ilə bağlı - Rəsmi açıqlama | 22:20 Bakıda çay evində dava: ölü və yaralılar var | 22:12 Sabah bir rayonda işıq olmayacaq | 22:00 Premyer Liqa: Lider "Neftçi" "Zirə"yə qalib gəlib | 21:47 Azərbaycanda zavodda güclü partlayış oldu - Hadisə yerindən görüntülər | 21:41 Şimali Kiprdə baş vermiş gəmi qəzası ilə bağlı üç Azərbaycan vətəndaşı həbs olunub | 20:11 Sergey Lebedev: "Azərbaycan 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik edəcək" | 20:00 UEFA Avropa Liqasında baş verən azarkeş qarşıdurmaları ilə bağlı araşdırmaya başladı | 19:38 Bakı-Sumqayıt yolu üçün yeni plan | 19:22 Sabah bu ərazidə işıq kəsiləcək | 19:00 Gürcüstanın Türkiyədəki səfiri Xarici İşlər Nazirliyinə çağırıldı | 18:54 İşçini müqaviləsiz çalışdıran turizm şirkətinə 23 min manatlıq cəza | 18:51 Azərbaycanda fabrik direktoru vəfat etdi | 18:32 SON DƏQİQƏ! DİN əməliyyat keçirdi: Saxlanılan şəxslərin siyahısı | 18:09 Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu | 18:02 Rekordlar qıran baş məşqçinin Azərbaycandan çıxışına qadağa qoyuldu | 17:54 Azərbaycanın Suriyaya ixracı 388 milyon dolları ötüb | 17:46 Həbsdən çıxandan sonra yenə oğurluğa qurşandı - Gəncədə samovar və təkər oğrusu tutuldu | 17:31 İslam Rzayevlə bağlı qərar verildi | 17:19 Moskvadan gələn baqajda 10 minədək bəyan edilməyən dərman aşkarlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Ordusunun bir qrup hərbçisi ehtiyata buraxılıb - VİDEO

05.01.2024 13:58 2 760
Azərbaycan Ordusunun bir qrup hərbçisi ehtiyata buraxılıb - VİDEO
Müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış daha bir qrup hərbi qulluqçu ehtiyata buraxılıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar.
Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirərək, hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər.

Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və digər mükafatlar təqdim edilib.

Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar.

Son xəbərlər