Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda avtomobilini beton maneəyə çırpan sürücü həlak oldu

01.01.2024 15:14 2 532
Bakıda avtomobilini beton maneəyə çırpan sürücü həlak oldu
Bakının Sabunçu rayonunda baş verən avtoqəzada bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Nicat Cabir oğlu Ələsgərov idarəetməsində olan VAZ markalı nəqliyyat vasitəsini beton maneəyə çırpıb.

Qəza zamanı o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər