Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

İntihar işində rüşvət alan müstəntiqlə bağlı şikayət verildi

18.12.2023 12:48 2 382
İntihar işində rüşvət alan müstəntiqlə bağlı şikayət verildi
Bakıda külli miqdarda rüşvət almaqda ittiham olunan Qaradağ Rayon Prokurorluğunun sabiq müstəntiqi Emin Seyidovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin Seyidova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsini tətbiq edib. Təqsirləndirilən şəxs sınaq müddəti seçilməklə azadlıqda qalıb. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.


Qeyd edək ki, Emin Seyidov intihara cəhd hadisəsində rüşvət tələb etməkdə təqsirləndirilir. 2021-ci ildə özünə xəsarət yetirən Gülşad Mirzəyeva Qaradağ Rayon Prokurorluğunda ifadəsində üç nəfərdən şikayətçi olub. Mirzəyeva sözügedən üç nəfərin onu intihar həddinə çatdırdığını iddia edib. Sözügedən iş prokurorluğun müstəntiqi Seyidovun icraatında olub.

İttihama görə, Emin Seyidov işlə bağlı Elçin Nağdəliyev, Emin Oruczadə və Sərxan Quliyev adlı həmin üç nəfərdən 30 min manat pul tələb edib. Əks halda, CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacaqlarını deyib. Danışıqlardan sonra məbləğ 10 min manata düşüb. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner