Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:35 Eduard Məmmədov Avropa çempionu oldu - 13-cü dəfə | 20:27 Azərbaycanda "zapravka"nın fəaliyyəti dayandırıldı - VİDEO | 20:22 Qanunsuz və qeydiyyatsız kəsim yerləri risk mənbəyidir - AQTA (VİDEO) | 20:14 Azərbaycan çempionatında XIII turun proqramı açıqlandı | 20:09 Motosikletlə məktəblini vurub qaçdı - VİDEO | 20:01 Ukraynanın eks-baş nazirinin müşavirinin maşını partladıldı - Moskvada | 19:56 Avtobusun iki gün əvvəl vurduğu piyada xəstəxanada öldü | 19:50 Müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edir | 19:43 89 yaşlı şəxs ehtiyatsızlıqdan sirkə içərək öldü | 19:37 Baş prokuror Binəqədidə vətəndaşları qəbul edəcək | 19:30 "Nvidia"nın keçmiş baş direktoru ABŞ Senatında dindiriləcək | 19:24 Bakıda narkotikin təsirində avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO | 19:15 "Qurtuluş-93"də binanın zirzəmisində aparılan tikinti işləri narazılığa səbəb oldu - VİDEO | 19:10 Ağsuda maşın 69 yaşlı piyadanı vurub öldürdü | 19:03 Nazirin üstünə qışqıran hərbçiyə medal verildi | 18:59 Biləsuvarda ağır qəza: Motosikletçi həyatını itirdi | 18:47 Bıçaqlanan hamilə qadının vəziyyəti açıqlandı | 18:38 "Qarabağ"ın legioneri Qurban Qurbanov barədə: "Onun kimi mütəxəssislər azdır" | 18:28 İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı | 18:22 Azərbaycanda bir sıra məhsulların idxalına yeni gömrük rüsumları tətbiq ediləcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda növbəti güzəştli mənzillərin seçim prosesi başa çatıb

16.12.2023 14:16 2 247
Azərbaycanda növbəti güzəştli mənzillərin seçim prosesi başa çatıb
Bakının Hövsan qəsəbəsində, eləcə də Sumqayıt və Gəncə şəhərlərində güzəştli satışa çıxarılan ümumilikdə 432 mənzilin seçim prosesi başa çatıb.

“Report” xəbər verir ki, prosesin başlamasını Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Fərman Qurbanlı qurumun təşkil etdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mənzil seçimi ərizələrini imzalayıblar.

“371 mənzil üzrə seçim ərizələri imzalanıb, qalan mənzillər seçilib və onlar üzrə ərizələr növbəti günün sonuna kimi imzalanıb təqdim olunacaq. Həmin müddət ərzində onlar hər hansı texniki problem yaşayarlarsa, bizə müraciət etdikləri təqdirdə əlaqəli qurumlar tərəfindən həmin şəxslərə yardım göstəriləcək”, - deyə o bildirib.

F. Qurbanlı vurğulayıb ki, satış prosesinə hər hansı kənar müdaxiləyə qarşı həm funksional, həm də təhlükəsizlik tədbirləri görülüb:

“Əyani olaraq izlədiyimizə görə seçim prosesinə heç bir kənar müdaxilə olmayıb”.

Xatırladaq ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zığ şossesi-Hava Limanı 12-ci km, 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi üzrə 18 mənzil, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hava Limanı-Zığ şossesi 8-ci km, 10L ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 379 mənzil, Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən Gəncə Yaşayış Kompleksi üzrə 34 mənzil, Sumqayıt şəhəri, 41-ci məhəllə, Zəminə Həsənova küçəsində yerləşən Sumqayıt layihəsi üzrə bir mənzil satışa çıxarılıb.

“Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 19 dekabr 2023-cü il tarixində saat 11:00-da başlayacaq və 23 dekabr 2023-cü il tarixi saat 11:00-dək davam edəcək.

Son xəbərlər