Mojo.az Banner
23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |    
Left Banner
Right Banner

Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb

14.12.2023 11:48 1 686
Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb
Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı bir ədəd “Valter” tipli tapança və beş ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib.

Bundan əlavə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 11 nəfər rayon sakini müvafiq sənədləri olmadan qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.
скачать dle 11.3
Mojo.az Banner