Mojo.az Banner
22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |     20:55 Üç uşağı nəzərə alındı, həbsə getmədi - 117 min manatlıq iş üzrə hökm  |     20:46 Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı qərar  |     20:41 100 ildən çox yaşı olan rəsm əsərləri Azərbaycana hansı ölkələrdən və neçəyə gətirilib?  |     20:35 Azərbaycanda həkim vəfat etdi  |     20:29 Sabunçuda qadın öldürüldü - Əri saxlanıldı  |     20:23 Sabah Bakıda yağış yağacaq  |     20:18 Azad edilmiş ərazilərdə daha 237 mina aşkarlandı  |     20:09 Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - VİDEO  |     20:02 Yol polisi yük avtomobillərinin sürücülərinə çağırış etdi  |     19:56 Bakıda avtobuslarla sərnişindaşıma artıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş

13.12.2023 20:03 1 899
Şəmkirdə 43 yaşlı kişi yatdığı yerdə güllələnibmiş
Ötən ilin 19 oktyabrında Şəmkir rayonunda 43 yaşlı Ruslan Bayramovu güllələyərək qətlə yetirən şəxsin məhkəməsi başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən 1990-cı il təvəllüdlü Mustafa Eyyubov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.3-cu (xuliqanlıq niyyəti və köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə ittiham edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə R.Bayramovun yaşadığı və əmisinə məxsus olan evdə baş verib. Hər iki şəxs həmin evdə yeyib-içiblər və sərxoş vəziyyətə düşüblər. Bu zaman onların arasında mübahisə yaşanıb. R.Bayramovun spirtli içkinin təsirindən yuxuya getməsini görən Mustafa divarda ona məxsus olan tüfəngi götürərək baş nahiyəsinə atəş açıb. Ağır xəsarətlər alan R.Bayramov hadisə yerində ölüb. Mustafa Eyyubov hadisədən sonra Bakıya qaçıb.

O da məlum olub ki, Mustafa Eyyubov ailəli, üç uşaq atası, Ruslan Bayramov isə iki uşaq atası olub. Mustafa Eyyubov hadisədən əvvəl Ruslanla birgə ova getmək barədə razılaşdıqlarını və mübahisənin də ona “səriştəsiz ovçu” deyilməsinə görə baş verdiyini bildirib.

Həmçinin Mustafa Eyyubovun əvvəllər bir neçə dəfə oğurluq əməlinə görə məhkum edilməsi məlum olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən proses ötən həftə başa çatıb. Məhkəmə M.Eyyubovu qeyd edilən maddələr üzrə təqsirli bilib. Ona 18 il həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner