Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa | 11:28 Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı yeni detallar | 11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz tikintilərlə bağlı yeni QADAĞA

13.12.2023 14:21 1 764
Qanunsuz tikintilərlə bağlı yeni QADAĞA
Dekabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.

Bu barədə Milli Məclisin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, iclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

İclasda bildirilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 30 may 2023-cü il tarixli qanuna əsasən, 2023-cü il oktyabrın 1-dən etibarən qanuni əsaslar olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması qadağan edilib. Buraya həm tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilən, həm də barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilən tikinti obyektləri daxildir.

2023-cü il aprelin 11-də isə yeni “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 2024-cü ildən qüvvəyə minəcək. Həmin qanunun qüvvəyə minməsi ilə əlaqədar “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 1998-ci il 3 aprel tarixli 459-IQ nömrəli Qanunu ləğv edilir.

Bu səbəbdən müvafiq tənzimləyici normanın olduğu kimi 2023-cü il 11 aprel tarixli “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununa əlavə edilməsi (keçirilməsi) zərurəti yaranıb. Bununla da həmin tənzimləyici normanın 2024-cü il yanvarın 1-dən sonra da qüvvədə olması təmin ediləcək.

Qeyd edilib ki, analoji norma qaz və su təchizatı sistemlərinə qoşulmaya münasibətdə də mövcuddur.

Çıxış edən komitə üzvləri Fatma Yıldırım, Afət Həsənova, Məşhur Məmmədov və İltizam Yusifov qanun layihəsinin əhəmiyyətindən danışıblar.

Sonra “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Onlayn iclasda komitə üzvləri Nəsib Məhəməliyev və Əliabbas Salahzadə də iştirak ediblər.

Son xəbərlər