Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Region gəncləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər

12.12.2023 17:00 2 064
Region gəncləri ulu öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər
Ölkəmizdə uğurlu dövlət gənclər siyasətinin əsasını qoymuş, hər zaman gənclərə xüsusi qayğı ilə yanaşmış, gənclərin bütün məsələlərini daim diqqət mərkəzində saxlamış, yüksək intellektual səviyyəyə, müasir dünyagörüşünə malik gənc nəslin yetişməsinə böyük əhəmiyyət vermiş görkəmli şəxsiyyət, xalqımızın dahi övladı, ümummilli lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Region gəncləri tərəfindən anım günündə silsilə tədbirlər keçirilib, ulu öndərin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Bu barədə Gənclərin İnkişaf və Karyera Mərkəzindən (GİKM) məlumat verilib.

Qeyd edilib ki, respublikamızda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına müvafiq olaraq, GİKM-in 55 şəhər və rayonda fəaliyyət göstərən regional nümayəndəlik və bölmələrinin təşkilatçılığı ilə müxtəlif anım tədbirləri baş tutub.

“Belə ki, gənclər ilk olaraq, ümummilli lider Heydər Əliyevin şəhər və rayon mərkəzlərində ucaldılmış abidəsini ziyarət edərək, ulu öndərə öz dərin sevgi və ehtiramlarını ifadə ediblər. Rayon rəsmiləri və tarixçilərin iştirakı ilə təşkil olunan dəyirmi masalar və konfranslarda ulu öndərin siyasi fəaliyyəti, azərbaycançılıq məfkurəsi barədə gənclər məlumatlandırılıblar.

Şəhər və rayonlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərindəki muzeylərə ekskursiyalar təşkil edilib, gənclərə muzeydəki eksponatlar, ulu öndərin həyat yolu haqqında məlumat verilib.

Gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltmiş qüdrətli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş “Heydər Əliyev - Vətənin keşiyində”, “Xilaskar ömrü”, “Dahi şəxsiyyət”, “Ulu öndər”, “Dahi azərbaycanlı”, “Unudulmaz gün”, “Əsl məhəbbət haqqında”, “Azərbaycan xalqının xilaskarı”, “Heydər Əliyev - dünyaya pəncərə” filmləri gənclər tərəfindən maraqla izlənilib.

Biz Azərbaycan gəncləri olaraq sevinc hissi ilə deyə bilərik ki, “Heydər Əliyev İli”ndə müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, dövlətimizin bütövlüyünə qovuşmasında payımız olduğuna görə çox qürurluyuq!” - GİKM-in məlumatında deyilir.скачать dle 11.3
Mojo.az Banner