Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Efirlərdən uzaq düşən GƏLƏCƏYİMİZ: “Televiziyalar uşaq verilişlərindən qaçırlar”

11.12.2023 20:36 1 392
Efirlərdən uzaq düşən GƏLƏCƏYİMİZ: “Televiziyalar uşaq verilişlərindən qaçırlar”
11 dekabr uşaqların Beynəlxalq televiziya və radio verilişləri günüdür.

Bu günün ənənəsinə görə, televiziyalar heç olmasa ildə bir gün bütün verilişlərini uşaqlara həsr etməlidirlər. Çünki uşaqlar bizim gələcəyimizdir.

Bəs, bu gün televiziyalar uşaqlar üçün nə qədər əlçatandır?

Suala teletənqidçi, professor Qulu Məhərrəmli aydınlıq gətirib.O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Beynəlxalq televiziya və radio verilişləri günü ona görə təsis edilib ki, televiziyalar tamaşaçıların bir hissəsi olan uşaqlar üçün xüsusi diqqət ayırsınlar:

“Yəni, uşaqlar üçün mütəmadi olaraq maraqlı verilişlər hazırlasınlar. Televiziyaların proqram siyasətində uşaqların da maraqları, istəkləri nəzərə alınsın.Televiziya uşaqları gələcəyə normal insan, cəmiyyətə isə layiqli bir vətəndaş kimi hazırlaya biləcək bir rupordur. Nəzərə alaq ki, müstəqilliyimizin ilk illərində və hətta 2000-ci illərin əvvəllərində televizyalarda və radiolarda maraqlı uşaq verilişləri olub. Yadımdadır ki, “AzTV”, “İTV” və digər televiziyalarda maraqlı, maarifləndirici uşaq verilişləri var idi.

Hətta “ARB”nin ayrıca uşaq telekanalı -“ARB Günəş” var. Amma baxırsan ki, “Günəş” istənilən effekti vermir. Ola bilsin ki, bu maliyyə problemi ilə bağlıdır.

Nəzərə alaq ki, normal uşaq verilişlərinin hazırlanması üçün böyük maliyyə lazımdır. Bu istiqamətdə özəl təşkilati işlər aparılmalıdır. Uşaq psixologiyasını bilən yaxşı aparıcılar lazımdır. Bu cür yaxşı aparıcılar bizdə hər zaman olub. Bəlkə də bu çətinliklərə görə televiziyalar uşaq verilişlərindən qaçırlar”.

Qulu Məhərrəmli onu da əlavə edib ki, beynəlxalq televiziya və radio verilişləri günü həm də bizim yadımıza salır ki, “uşaqlar bizim gələcəyimizdir” şüarının arxasında əməli iş dayanmalıdır:

“Televiziyalar uşaqlara xüsusi yer ayırmalıdırlar. Xüsusilə də Dövlət Büdcəsindən maliyyələşən televiziyalar maraqlı uşaq verilişləri hazırlamağa borcludurlar. Yaxşı olar ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu məsələyə xüsusi diqqət ayırsın. Komitə televiziyalarla iş birliyinə getməlidir. Bundan bütün cəmiyyətimiz qazanar”.скачать dle 11.3
Mojo.az Banner