Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR |
Mojo.az Avto
Mojo.az Avto

Firudin Qurbansoydan bürclərin dəyişməsi məsələsinə REAKSİYA

11.12.2023 15:23 1 248
Firudin Qurbansoydan bürclərin dəyişməsi məsələsinə REAKSİYA
Astrologiyada həmişə ilin ayları kimi 12 bürc məlum olub: Qoç, Buğa, Əkizlər, Xərçəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıqlar. Lakin son günlər sosial şəbəkələrdə bu siyahıya yeni “İlan” bürcünün əlavə olunması ilə bağlı məlumatlar yayılır.

Mövzu ilə bağlı tanınmış astroloq Firudin Qurbansoy “Qafqazinfo”ya açıqlama verib.

Onun sözlərinə görə qalaktikada bizə məlum olan və olmayan 88 bürc yerləşir:

“Adını səhv deyirlər. Əslində 13-cü bürc “İlan” yox, “İlantutan” bürcü adlanır. Bununla bağlı öz kitabımda yazmışam. Özü də bu bürc zodiaka indi daxil olmayıb. 1977-ci ildən bəri var”.

Məsələ ilə əlaqədar astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli isə saytımıza bildirib ki, 1999-cu ildən bəri hər il yeni il ərəfəsində bu cür şayiələr yayılır:

“Əgər 13-cü bürc olan “İlantutan” bürcü həqiqətən varsa, o zaman niyə astrofiziklər bu barədə heç nə demirlər? Əgər 13-cü bürc zodiaka daxil edilibsə, onda niyə yeni il qovşağını 21 martdan - Günəşin “Qoç” bürcünə daxil olmasından hesablayırlar? Bunlar sadəcə insanları çaşdırmaq və diqqət çəkmək üçün yayılan xəbərlərdir”.

Astroloq - “heç nə dəyişməyib, hər kəsin bürcü öz qüvvəsində qalır”, - deyərək, insanları təşvişə düşməməyə çağırıb.

Son xəbərlər