Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 16 yaşına çatmayan qızı ərə verdilər: Uşaq dünyaya gətirdi

29.11.2023 17:16 1 893
Azərbaycanda 16 yaşına çatmayan qızı ərə verdilər: Uşaq dünyaya gətirdi
Sabirabad rayonunda 1997-ci il təvəllüdlü Kənan yetkinlik yaşına çatmayan Ləman (adlar şərti verilib - red.) ilə seksual xarakterli hərəkətlər edib.

Median.Az
xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Kənan 22 sentyabr 2021-ci ildən 13 fevral 2022-ci ilədək olan müddət ərzində 16 yaşına çatmayan Ləmanla evlənmək niyyəti ilə yaşadığı Sabirabad rayonunun kəndlərindən birində yaşadığı evdə cinsi əlaqəyə girib.

Kənanın barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan olunub.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Kənan ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, zərərçəkmiş Ləmanı tanıyır:

"Ləman mənim bibim nəvəsi olmaqla hazırda həyat yoldaşımdır. 2021-ci ilin yanvar ayından etibarən Ləmanla sevgi münasibətində olmuşuq. Nəticədə həmin il yanvarın 12-də Ləmanla nişan mərasimimiz oldu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Ləmanla 2021-ci ilin sentyabrın 22-də ailə həyatı qurub:
"Həmin tarixdə Şirvan şəhərində yerləşən "Tural” şadlıq sarayında bizim toy məclislərimiz oldu. Ləman 2006-cı il təvəllüdlü olmaqla 15 yaşının olduğunu mənə özü dedi. Ləmanla ailə həyatı qurduqdan sonra Sabirabad rayonunda yerləşən evdə yaşamağa başladıq. Ləmanla 22 sentyabr 2021-ci il tarixdən bu günə qədər faktiki olaraq ər-arvad münasibətində yaşamışam və ər-arvad kimi mütəmadi cinsi əlaqədə olmuşuq”.
Təqsirləndirilən şəxs deyib ki, bu münasibət nəticəsində 16 yaşına çatmayan Ləman 12 avqust 2022-ci ildə hamilə olduğu üçün onu Bakı şəhərində yerləşən Respublika Kliniki Xəstəxanasına aparıblar:

"Avqustun 13-də Ləman qız uşağı dünyaya gətirdi. Mən ata oldum”.

Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Kənanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Ona iki il sınaq müddəti olmaqla bir il şərti cəza təyin edilib.скачать dle 11.3

Son xəbərlər