Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Film məni uzaqlara apardı"

27.11.2023 23:26 2 256
Qurban Qurbanov:
"Film məni uzaqlara apardı".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ona həsr edilən "Stadionlar səssiz olanda" filminin təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis filmdə keçdiyi yolların qısa formada təqdim olunduğunu söyləyib: "Bu filmdən sonra çəkilən əziyyətlərə bəlkə də daha böyük önəm verəcəyəm. Kiçik bir səviyyəyə gəlib çıxmışıqsa, minimum bunu qoruyub saxlamalı və daha artığını etməliyik. Filmdə göstərilən günləri yaşamışam. Qısa müddətdə 6 yaşımdan 51 yaşıma qədər olan dönəm gözümün önündə canlandı".

Baş məşqçi bu filmin Norveçin "Molde" klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsi oyunu ərəfəsində futbolçulara əlavə motivasiya olacağını düşünür: "Ümid edirəm ki, bu filmin "Molde" ilə oyuna hazırlıq mərhələsində bizə faydası olacaq. Komandada həmin anları yaşayan futbolçular da var. Digərləri də gördülər ki, belə uğurlara böyük dəyər verilir. Futbolçular da qarşıdakı illərdə yeni tarix yazmaq istəyəcəklər ki, həmin hadisələrdə onların adları çəkilsin. Fikirlərimdə də bunları çatdıracağam".

Qurban Qurbanov filmdə iki səhnənin ona təsir etdiyini vurğulayıb: "İlk səhnə qardaşım Musa Qurbanovun əsgərlikdən gəlmə epizodu idi. Hansı ki, mənim məşqimə baxırdı. Bir də ilk maaşımı aldığım anı qeyd edə bilərəm. 16-17 yaşım var idi, 70 manat almışdım. Maaşı alıb Zaqatala bazarına getmişdim. 40 manatlıq bazarlıq etmişdim. O hissə mənə təsir etdi. Ümumilikdə çox maraqlı filmdir".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanan film noyabrın 30-dan etibarən bütün kinoteatrlarda nümayiş etdiriləcək.скачать dle 11.3
Mojo.az Banner