Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı | 21:14 Azərbaycanda qadınlar kişilərdən daha çox yaşama səbəbi - Professordan cavab | 21:09 Atasının ölümünə səbəb olan sürücü həbsdən azad edildi | 21:02 Dəmir hasarı daşla əvəz etdi, Səbail İcra Hakimiyyəti cərimələdi - Məhkəmə qərarı ləğv etdi | 20:57 "Bloomberg": İran ayda 50 ballistik raket istehsal edə bilər |
Mojo.az Avto
Mojo.az Avto

İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”

24.11.2023 16:15 3 021
İrakli Qaribaşvili: “Gürcüstan və Azərbaycan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”
“Gürcüstan və Azərbaycan, eləcə də digər tərəfdaşlar Şərqlə Qərb arasında körpü rolunu oynayan Orta Dəhlizin təkmilləşdirilməsi üzərində işləyirlər”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Zirvə görüşündə çıxışında deyib.

“Azərbaycan Gürcüstanın çox mühüm iqtisadi tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsi 16% artıb”, - İ.Qaribaşvili bildirib.

Onun sözlərinə görə, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi region üçün çox vacibdir:

“Gürcüstan yolların tikintisi və hava nəqliyyatının inkişafı layihələrinə sərmayə qoymaq üçün addımlar atıb”.

Baş nazir, həmçinin qeyd edib ki, Gürcüstan Azərbaycan və Mərkəzi Asiya regionu ilə tərəfdaşlığın möhkəmləndirilməsində maraqlıdır.

Son xəbərlər