Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur “Bi-2” qrupunun üzvünün meyiti evində qanlar içində tapıldı - FOTO

16.11.2023 14:59 4 584
Məşhur “Bi-2” qrupunun üzvünün meyiti evində qanlar içində tapıldı - FOTO
Rusiyanın məşhur “Bi-2” qrupunun zərb ifaçısı Nikolay Plyavin Moskvada kirayədə qaldığı mənzildə ölü tapılıb.

Bildirilir ki, onun meyitini oğlu aşkarlayıb. O, uzun müddət atasına zəng etsə də, cavab ala bilmədiyi üçün narahat qalıb və musiqiçinin qaldığı mənzilə yollanıb. Evdə isə atasının meyitini qanlar içində tapıb.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, musiqiçinin ölümü kriminal xarakter daşımır.

Məlumata görə, son bir ayda Plyavinin səhhəti kəskin pisləşib, oğlu ay ərzində üç dəfə təcili yardım çağırıb. Musiqiçi başgicəllənmədən əziyyət çəkib, su içmək üçün, hətta qapıya baxmaq üçün ayağa qalxa bilməməkdən şikayətlənib. Həkimlər gəlib müayinə ediblər, Elektrokardioqrafiya (EKQ) ediblər, təzyiqini ölçüblər və həblər veriblər.

“Sonuncu dəfə noyabrın 1-2-də hər şey yenidən təkrarlanıb. Oğlu gəlib, amma təcili yardım və polis mənzilin qapısı arxasında qalıblar, içəri girə bilməyiblər, çünki Plyavin qapını açmaq üçün çarpayıdan qalxa bilməyib. Oğlu qapını açdıqdan sonra hamı içəri girib”, - deyə mənbə bildirib.

Bu hadisədən sonra oğul atasını xəstəxanaya yerləşdirməkdə israr edib. Plyavin bir neçə gün xəstəxanada yatıb, lakin noyabrın 4 və ya 5-də evə buraxılıb. Sonuncu dəfə ata-oğul noyabrın 10-da ünsiyyətdə olublar.

Qeyd edək ki, Nikolay Plyavin 1999-2006-cı illərdə “Bi-2” qrupunun üzvü olub. O, həmçinin “Dyuna” qrupu və bir sıra digər qruplarla əməkdaşlıq edib.


скачать dle 11.3
Mojo.az Banner