Mojo.az Banner
22:01 Bakıda gənclərin üzərinə ağac aşdı - Video  |     21:55 Samvel Karapetyanın ev dustaqlığı müddəti uzadıldı  |     21:48 Müdafiə Nazirliyindən hərbçilərin yaxınlarına MÜRACİƏT  |     20:58 İş adamının oğlu keçmiş xanımının pulunu vermədi - Ölkədən çıxışına "stop" qoyuldu  |     20:53 Tək yaşayan şəxslərin evlərini hədəf alan dəstə üzvlərinə hökm oxundu  |     20:44 Qızılın qiyməti niyə ucuzlaşır? - Analitik əsas səbəbləri açıqladı  |     20:39 Müğənninin Azərbaycandan çıxışına "stop" qoyulub  |     20:32 Azərbaycanda ildırımvurma halları çoxalıb: Təbiətdə nə baş verir? (VİDEO)  |     20:24 Uzun ömür sürmək üçün nə yemək lazımdır? - Ən faydalı 11 qida  |     20:19 Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? (VİDEO)  |     20:12 Məktəbli formaları bahalaşa bilər? - VİDEO  |     20:05 İtaliyanın bu kəndində çimərlik geyimində gəzən turistlər cərimələnəcək  |     20:00 Bonni Tayler vəfat etdi  |     19:51 Limfedemaya qarşı nadir mikrocərrahi əməliyyat icra edildi - Azərbaycanda ilk  |     19:44 Sabah 37 dərəcə isti olacaq  |     19:38 "Çox adam pullarını yüksək gəlir vədləri ilə piramida sxemlərində itirib" - İqtisadçı  |     19:30 Bakıda 4 avtomobili talayan şəxs saxlanıldı  |     19:25 Zaxarova Qarabağ müharibəsində yalan məlumatlar yayan ermənidən danışdı  |     19:16 Yük maşını "Lukoil" yanacaqdoldurma məntəqəsinə çırpıldı - Video  |     19:11 Bir qrup usta "Avanqard-Construction'' MMC-dən pullarını ala bilmirlər - İDDİA (VİDEO)  |    
Left Banner
Right Banner

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib

14.11.2023 11:22 3 246
Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın investisiya, sənaye və ticarət nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Özbəkistan Respublikasının investisiya, sənaye və ticarət naziri Laziz Kudratovu qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ilk növbədə Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, həmin tədbir çərçivəsində Özbəkistan prezidenti ilə görüşünü məmnunluqla xatırlayıb.

Dostluq və qardaşlıq münasibətlərimizin gündəliyinin çox geniş olduğunu və müxtəlif istiqamətləri əhatə etdiyini deyən Prezident İlham Əliyev iqtisadi, sənaye, o cümlədən sənaye kooperasiyası, kənd təsərrüfatı və digər sahələrdə nəzərdə tutulan birgə layihələrin önəmini qeyd edib.

Dövlətimizin başçısı Laziz Kudratovun ölkəmizə səfəri zamanı qarşıdakı illərdə əməkdaşlığın gündəliyi və qarşıya qoyulan məqsədlərə nail olunması ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.

Laziz Kudratov ilk növbədə Özbəkistan prezidentinin salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Şavkat Mirziyoyevə çatdırmağı xahiş edib.

Qonaq Azərbaycan və Özbəkistan prezidentləri arasında mövcud olan dostluq münasibətlərinin əməkdaşlığımızın keyfiyyətcə yeni səviyyəyə qalxması üçün möhkəm əsas yaratdığını bildirib, hər iki dövlət başçısının qarşılıqlı səfərlərinin və görüşlərinin strateji əlaqələrimizin möhkləmləndirilməsi baxımından önəmini qeyd edib.

Laziz Kudratov vurğulayıb ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi iqtisadi uğurlar və əhalinin rifah halının daha da yaxşılaşdırılması Özbəkistanda böyük sevinc doğurur. Qonaq, eyni zamanda, qeyd edib ki, özbək xalqı Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi paradı qürur hissi ilə izləyib. Azərbaycan Prezidentinin qətiyyəti və möhkəm iradəsi, uğurlu siyasəti nəticəsində tarixi ədalətin bərpa edilməsinin mümkün olduğunu vurğulayan Laziz Kudratov Şuşa və Füzuliyə səfərləri zamanı orada gedən böyük yenidənqurma və bərpa işlərinin şahidi olduğunu deyib.

Görüşdə sənaye kooperasiyası, iqtisadi, ticari, nəqliyyat, logistika əlaqələrinin dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.скачать dle 11.3
Mojo.az Banner