Şuşada işlə təmin olunan sakinlərin sayı AÇIQLANDI
Nazirlikdən verilən məlumata görə, həmin şəxslər orada tikinti, xidmət və digər sahələrdə çalışırlar.
Həmçinin Şuşaya qayıdacaq şəxslərlə bağlı da aidiyyəti işlərin görülməsinə başlanılıb. 8 mindən çox ailənin 29 mindən çox üzvünün sosial-demoqrafik, məşğulluq üzrə təhlilləri, məşğulluq imkanlarının qiymətləndirilməsi aparılıb.
Eyni zamanda Şuşada fəaliyyət göstərən işəgötürənlərlə də əməkdaşlıq edilir. Artıq 90-adək müəssisənin işçi qüvvəsinə ehtiyacları və vakansiya tələbləri öyrənilib.