Mojo.az Banner
15:50 Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı  |     15:46 58 yaşlı kişi sevdiyi qadını alan şəxsi armaturla döydü  |     15:25 Yeni virus Azərbaycana da gələ bilər – Həkimdən xəbərdarlıq  |     15:20 Qalmaqallı şirkətin əməkdaşı külli miqdarda narkotiklə tutulub  |     15:17 Bu tərəvəzin ixracı artdı: Qiymətlər bahalaşacaq  |     15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Samuxda qanunsuz saxlanılan silah-sursat aşkar edilib

03.11.2023 12:19 762
Samuxda qanunsuz saxlanılan silah-sursat aşkar edilib
Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması məqsədilə profilaktiki-əməliyyat tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, bu istiqamətdə Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayonun Füzuli, Alıuşağı kəndlərinin və Nəbiağalı qəsəbə sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı və kalibrli ümumilikdə 3 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa Rayon Polis Şöbəsinə rayonun Nəbiağalı qəsəbəsindəki yol kənarında odlu silah olması barədə məlumat daxil olub. Polis əməkdaşları həmin əraziyə gələrək müvafiq tədbirlər həyata keçirib və bir ədəd "TOZ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Samux RPŞ-də müvafiq araşdırmalar aparılır.скачать dle 11.3
Mojo.az Banner