Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

İcma: “Fransanın anti-Azərbaycan fəaliyyətinə görə UNESCO-nun baş qərargahı bu ölkədən çıxarılmalıdır”

27.10.2023 22:25 1 044
İcma: “Fransanın anti-Azərbaycan fəaliyyətinə görə UNESCO-nun baş qərargahı bu ölkədən çıxarılmalıdır”
“Fransanın mədəniyyət sahəsində anti-Azərbaycan fəaliyyətləri UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir”.

Median.Az xəbər verir ki, belə bir tələblə Qərbi Azərbaycan İcması çıxış edib.

Qeyd edilib ki, Fransa rəsmilərinin Azərbaycanla bağlı gülünc açıqlamaları artıq heç kimi təəccübləndirmir: “Bu dəfə “estafeti” Fransanın mədəniyyət naziri qəbul etmişdir. Fransız nazir ölkəsinin “Qarabağda erməni mədəni irsini peyk vasitəsilə çəkdiyini və məlumat bazasının yaradıldığını” bildirib.

Hiss olunur ki, özlərindən müştəbeh Fransa rəsmilərinin beynəlxalq hüquq, dövlətlərarası münasibətlər, davranış barədə bilikləri ibtidai səviyyədədir. Əks təqdirdə, suveren dövlətin razılığı olmadan belə yaramaz və irqçi əməllərlə məşğul olmazdılar”.

İcmadan vurğulanıb ki, Fransanın bu açıqlaması açıq-aşkar həyasızlıqdır:

“Bunu əsrlər boyu Afrika xalqlarının mədəni irsini oğurlamış bir ölkənin naziri deyir. Bəzi məlumatlara görə, Fransanın təkcə Afrikadan oğurladığı mədəni irs nümunələrinin sayı 90 mindir. Fransanın mədəniyyət naziri qoy gedib ölkəsinin Afrikadan oğurladığı mədəni irsin geri qaytarılması ilə məşğul olsun. Azərbaycanın şarlatanlardan öyrənəcəyi bir şey yoxdur.

Bundan başqa, fransalı nazir böhtan atmaq əvəzinə, Ermənistanda və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində Azərbaycan mədəni və tarixi abidələrinin Ermənistan tərəfindən kütləvi şəkildə dağıdılmasına münasibət bildirməlidir.

Fransanın ikinci Qarabağ müharibəsindən sonra UNESCO-da anti-Azərbaycan fəaliyyəti, UNESCO-nu özünün çirkin siyasətinin alətinə çevirməsi bu təşkilatın müstəqilliyinə ciddi xələl gətirmişdir. Fransa UNESCO-nun baş qərargahının ölkə ərazisində olmasından sui-istifadə edərək humanitar mahiyyətli bu təşkilatı siyasiləşdirir və gözdən salır. Hesab edirik ki, bütün bu baş verənlər UNESCO-nun baş qərargahının Fransa ərazisindən çıxarılmasını zəruri edir”.//oxu.azскачать dle 11.3
Mojo.az Banner