Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Goranboyda iki nəfər göbələkdən zəhərlənib

27.10.2023 13:30 1 323
Goranboyda iki nəfər göbələkdən zəhərlənib
Goranboy rayonunun Erkəc kəndində iki nəfər qidadan zəhərlənib.

“Report”un Qərb bürosunun məlumatına görə, Goranboy rayon sakinləri - 1996-cı il təvəllüdlü N.Məmmədov və 2003-cü il təvəllüdlü S.Həsənalıyeva yaşadıqları evdə qidadan zəhərləniblər.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Zərərçəkmişlərin yaxınlarının bildirdiyinə görə, onlar göbələk yedikdən sonra vəziyyətləri pisləşib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər