Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq |
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? - Deputat açıqladı

26.10.2023 22:03 2 202
Ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? - Deputat açıqladı
Cari ay ərzində "Muğan Bank"ın lisenziyası ləğv edildi. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank" ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Bundan bir müddət öncə isə Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 16-da lisenziyasını ləğv etdiyi "Günay Bank" ASC müflis elan olunub.

Bəs hazırda ölkədə daha hansı bankların bağlanma təhlükəsi var? Bu halların qarşısı necə alına bilər ?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-in suallarını cavablayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, "Muğan Bank" aktivlərinin həcminə görə Azərbaycanda faliyyət göstərən 24 bankdan 16-cı idi.

"Azərbaycanda aktivlərinin həcmi az olan banklar fəaliyyət göstərir. Amma təbii ki, aktivlərin həcmi yeganə meyar deyil. Burada digər meyarlar da var. Eyni zamanda, bu ilin 9 ayında "Muğan Bank"la yanaşı, başqa bankda da zərər qeydə alınıb. Bu ondan xəbər verir ki, nisbətən zəif hesab edilən bankların sağlamlaşdırılması ilə bağlı proqramın hazırlanıb icra edilməsinə ehtiyac var. Bununla da biz növbəti dövrdə bankların müflisləşməsini deyil, onların sağlaşdırılmasını müşahidə etməliyik. Həmin bankların ciddi şəkildə dəstəklənməsi ilə bağlı fəaliyyətlərin gücləndirilməsinə ehtiyac var", - deyə o əlavə edib.

Deputat əlavə edib ki, ümumiyyətlə, bank sektorunda şəffaflığın artırılmasına, daha səmərəli, çevik menecmentin qurulmasına dəstək göstərilməsinə ehtiyac var.

"Xüsusən bankdaxili idarəetmədə şəffaflığın təmini sahəsində fəaliyyətin gücləndirilməsi önəmlidir. Çünki müflis olan bankların təcrübəsi göstərir ki, yaranan problemlərdən biri bankdaxili idarəetmədə şəffaflığın zəif olmasıdır", - deyə V.Bayramov əlavə edib.

Son xəbərlər