Mojo.az Banner
21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |     20:49 Yerli dərman istehsalı artır: Apteklərdə xarici məhsulları əvəz edə biləcək?  |     20:44 171 illik planet iddiası çökdü: Heç vaxt mövcud olmayıb  |     20:36 Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?  |     20:31 6 il əvvəl pulunu verib mənzil aldı, başına oyun açdılar (VİDEO)  |     20:23 Bu dağların altında nəhəng "təmiz enerji" ehtiyatları tapıla bilər  |     20:17 Əlavə xərc çəkmədən praktik qarderob yaratmağın yolları açıqlandı  |     20:14 Məşhur aktyor vəfat etdi  |     20:09 Alimlər həftələrlə təsir edən lokal anesteziya hazırladı  |     20:04 Sədərək Ticarət Mərkəzində avtobus aşdı - VİDEO  |     19:55 Məşhur şirkətlərin rəhbərinə ölkədən çıxış qadağa edildi  |     19:50 Nərimanovda oğurluq edənlər saxlanılıblar  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya alimləri Azərbaycanda Samur çayını tədqiq edəcəklər

23.10.2023 11:59 2 145
Rusiya alimləri Azərbaycanda Samur çayını tədqiq edəcəklər
“Bir hissəsi iki ölkə sərhədi boyunca axan Samur çayının tədqiqi üçün Rusiya alimlərinin Azərbaycana ilk ekspedisiyası 2023-cü ilin dekabrında baş tutacaq”.

Bu barədə TASS-a Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib.

Onun sözlərinə görə, layihə su ehtiyatlarının qorunması və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir:

“Bu çayın su ehtiyatlarının qorunması bizim üçün mühüm amildir. Rusiya alimlərinin Azərbaycana ekspedisiyası gözlənilir. Hövzələrin biomüxtəlifliyi, su ehtiyatları, yeraltı suların səth sularında dəyişikliklər baxımından birgə tədqiqatlar aparılacaq. Buna əsaslanaraq, layihə təkliflərini daha ətraflı şəkildə formalaşdıracağıq. Layihə iqlim dəyişikliyinə uyğunlaşma sahəsində, eləcə də atmosferə istixana qazlarının tullantılarını azaltmaq üçün vacibdir”.

R.Verdiyev əlavə edib ki, alimlər Samur çayı hövzəsində əvvəllər belə ətraflı ekspedisiyalar aparmayıblar:

“Birgə tədqiqatlar təkcə Azərbaycan ərazisində deyil, həm də Rusiya ərazisində, Dağıstanda aparılacaq. Son 20-30 ildə iqlim dəyişikliyi su təchizatı və kənd təsərrüfatının inkişafı şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsinə, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə, quraqlığa, səhralaşmaya səbəb olub ki, bu da ölkələrin iqtisadiyyatına və insanların həyatına mənfi təsir göstərir.

İqlim dəyişikliyi ilə mübarizə üçün biz Rusiya ilə bir sıra layihələr planlaşdırırıq. Onların əsas məqsədləri meşələrin, bitki örtüyünün salınması, sahil mühafizə zonasının möhkəmləndirilməsi, eroziya və səhralaşma ilə mübarizə yolu ilə su ekosistemlərini, eləcə də hövzənin biomüxtəlifliyini qorumaqdır. Bütün bu fəaliyyətlər hövzənin iqlim dəyişikliyinə davamlılığına və su ehtiyatlarının qorunmasına səbəb olacaq”.скачать dle 11.3
Mojo.az Banner